"Elmin açarını bəxş edən məkan" mövzusunda tədbir keçirilib

 

Bakıdakı Milli Qəhrəman E.Tağızadə adına 164 nömrəli  orta məktəbdə  istedadlı  uşaq   gənclərin aşkara çıxarılması, onların potensial  imkanlarının inkişaf etdirilməsi məqsədilə tez-tez maraqlı tədbirlər təşkil olunur. Bu baxımdan, məktəbdə  istedadlı uşaqları ətrafına toplayan  "Kimlik" şagird studiyasının keçirdiyi "Mən Azərbaycan türküyəm", "And içirəm", "Xatun" adlı tədbirlər məktəbin müəllim şagird kollektivi tərəfindən  maraqla qarşılanıb. Bu  günlərdə məktəbdə "Elmin açarını bəxş edən məkan" adlı  mərasim keçirildi. Mərasimin  məramından söz açan  dil-ədəbiyyat müəllimi Şəhla Gündüz təhsil tariximizdən, milli dünyagörüşümüzün əsasını qoyan  maarifçilərdən, dərslik mədəniyyətinin ilk nümunəsi olan "Vətən dili" kitabının ərsəyə gəlməsində rolu olan şəxslərin - A.Q.Çernyayevski, S.Vəlibəyov, F.Köçərli, H.Qaradağskinin xidmətlərindən danışdı. Sonra o, Azərbaycanın ilk maarifçi qadınlarının təhsil  tariximizdəki rolundan söz açdı. S.Əfəndizadə, Ş.Axundzadə, R.Hacıbababəyova kimi xalqını, vətənini dərin məhəbbətlə sevən maarifçi xanımlardan, H.Məmmədquluzadə-Cavanşirin  evində öz vəsaiti hesabına  məktəb açmasını  fəxrlə vurğuladı.

Tədbirdə  ümummilli lider Heydər Əliyevin  müəllimlik peşəsi ilə bağlı müdrik fikirləri, kəlamları səsləndirildi... Şagirdlərin ifasında "Salam məktəb", "Məktəb illəri", "Müəllim ömrü" mahnıları maarifçi şairlərimizdən M.Ə.Sabirin, M.Müşfiqin b. şeirləri səsləndi, səhnəciklər nümayiş olundu.

Sonda mərasimdən məmnun qaldığını bildirən  məktəbin direktoru Kəmalə Qədirova belə tədbirlərin keçirilməsinin vacibliyini  söylədi onların  şagirdlərin şəxsiyyət kimi formalaşmasında, təlim-tərbiyəsində mühüm rol oynadığını vurğuladı.

 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.3.