Uzun yolun yolçuları

 

Hər səhər günəş eyni yerdən üfüqləri yara-yara çıxır, dünyamızı işıqlandırır. Hər səhər bir insan övladı jurnalı qoltuğuna vurub sinfə gedir. Günəşin bayırda gördüyünü sinif otaqlarında o davam etdirir: körpə fidanlara nur paylamağa tələsir. Hər il eyni biliyi elin balalarına öyrətməkdən yorulmur. Biliyini zərrə-zərrə, damla-damla verir. Böyük H.Zərdabi demişkən: "Dayanmadan damcılayan su daşı da dələr".

Böyük çex pedaqoqu Y.A.Komenskidən bu yana çox şey dəyişib. İndi kompüterdə möcüzələr yaradılır. Tək dəyişməyən müəllimdir - onun ağlına, zəkasına hələ ehtiyac var, zənnimcə bu, həmişə belə olacaq.

Bu gün sizə bir məktəbdən, onun müəllim şagirdlərindən söz açmaq istəyirəm. Özü bu məktəb təkcə köçkün rayonların məktəbləri içərisində deyil, hətta respublikanın qabaqcıl təhsil ocaqları sırasında özünə layiqli yer tutur. Vaxtilə Zəngilanda Səməd Behrəngi adına Bartaz dayanacağı orta məktəbi kimi tanınan bu təhsil ocağı rayondakı öncüllüyünü  köçkünlük dövründə qoruya bilib. Sual yaranır: nədən bir çox məktəblər kimi Zəngilan 4 nömrəli məktəbi qaçqın-köçkün şəraitinə adaptasiya oluna bildi, hətta bu gün qonşuluqdakı şəhər məktəbləri ilə belə rəqabətdən çəkinmir? Öz müşahidələrim əsasında bu kimi sualları cavablandırmağa çalışacağam.

Birincisi, bu təhsil ocağı Bakıda məskunlaşmanın elə ilk günlərində özünün maddi-texniki bazasını yaratmaqla məşğul oldu. Dərnəgül qəsəbəsində yerləşdikləri uyğunlaşdırılmış binada sinif otaqları az vaxt içərisində tədris üçün yararlı vəziyyətə gətirildi. Başqa bir vacib amil isə ondan ibarət idi ki, məktəbin bəzi zəruri ləvazimatlarını yenidən tərtib etmək lazım gəlmədi. Axı camaat qaçhaqaçda ev əşyalarını daşıyanda məktəbin direktoru kitabxanasını, zəruri sənədləri, hətta məktəbin yazı makinasını belə işğal zonasından çıxarıb Bakıya gətirə bilmişdi.

İkinci ən zəruri amil ondan ibarət idi ki, məktəbin rəhbərliyi müəllim kontingentinin dağılmasına imkan vermədi. Demək olar ki, bütün müəllim personalı məktəbə cəlb edilmişdi.

Üçüncüsü bəlkə əvvəlki hər iki amillə yarı olan mühüm məsələ ön planda idi: şagirdlərin məktəbə cəlbi uğurla həyata keçirildi. Öz müəllimlərini yaxşı tanıyan valideyn şagirdlər axtarıb məktəbi tapdılar, əslində onlardan qabaq müəllimlər onları axtarmış, yerlərini nişan vermişdilər.

nəhayət, dördüncüsü, məktəb rəhbərliyinin gərgin əməyinin nəticəsində ciddi nizam-intizam yaradıldı. Məktəbin direktoru hətta bəzən sərt tədbirlər görməkdən çəkinmirdi.

Sonuncu məsələ üzərində bir qədər dayanmaq gərəkdir. Binəqədi rayonu Dərnəgül qəsəbəsində uyğunlaşdırılmış sinif otaqlarında yerləşən 4 nömrəli Zəngilan məktəbinin qonşuluğunda bir neçə köçkün şəhər məktəbi müxtəlif peşə liseyləri yerləşirdi. Belə bir vəziyyətdə rəqabətə sinə gərən bu təhsil ocağı yalnız yüksək nizam-intizam sayəsində digər məktəblər içərisində uğurlu təlim-tərbiyə nəticələrinə nail ola bildi. Bir neçə  il əvvəl qaçqın məktəbləri arasında keçirilən "Ana dili" respublika müsabiqəsində bu təhsil ocağının şagirdləri birinci yeri tutdular. Məktəb Təhsil Nazirliyinin, Qaçqın Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Fəxri fərmanı, dörd şagird isə Ekson mobil şirkətinin qiymətli hədiyyələri  ilə mükafatlandırıldı.

Məktəbin şagirdi Şəlalə Quliyeva Təhsil Nazirliyinin xətti ilə keçirilən "Heydər Əliyev məktəblilərin gözü ilə" respublika inşa yazı müsabiqəsində qaliblər sırasında oldu, xüsusi təltifə layiq görüldü.

Məktəbin şagirdləri respublikanın idman həyatında yaxından iştirak edərək bu təhsil ocağını layiqli şəkildə yarışlarda təmsil etdilər. Bu gün onlardan biri Elvin Əkbərov klassik güləş yarışlarında Zəngilanı, oxuduğu məktəbi, habelə respublikamızı layiqincə təmsil edir. Nəhayət, məktəb köçkün məktəblər içərisində ən yüksək nəticələrdən olan 500 daha yuxarı balla ali məktəblərə daxil olan şagirdlər yetişdirmək kimi ənənənin əsasını qoyanlardan oldu.

Bu saydıqlarımızı davam etdirmək olardı. Biz, sadəcə respublika əhəmiyyətli məsələlərdən söz açdıq. Burada onu vurğulamaq yerinə düşər ki, bu təhsil ocağının uğurları cavabsız qalmayıb. Ötən il Binəqədi rayonunda tikilmiş 260 yerlik müasir tipli məktəb binası Təhsil Nazirliyinin tövsiyəsi ilə 4 nömrəli  Zəngilan orta məktəbinin kollektivinin istifadəsinə verilmişdir. Ölkə Prezidentinin açılışında iştirak etdiyi bu əlamətdar hadisə uzun illər məktəb kollektivinin yaddaşından silinməyəcək.

İndi bu gözəl təhsil ocağında ideal tədris mühiti hökm sürür. Geniş, işıqlı sinif otaqları, zəngin fənn kabinetləri, kompüter otaqları, laboratoriya, kitabxana şagirdlərin müəllimlərin istifadəsindədir.

Biz sevinir fəxr edirik ki, bizim əməyimiz ölkə rəhbərliyi, şəxsən cənab Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Bu böyük diqqət qayğının nəticəsidir ki, belə gözəl məktəb binası ilə təmin olunmuşuq. Məktəbimizin müəllim kollektivi çalışır ki, bu etimada ən yüksək bilik tərbiyə nəticələri ilə cavab versin. Ötən ildən bəri hər bir müəllim öz qarşısına məqsəd qoyub ki, ölkə rəhbərliyinin məqsədyönlü sülh danışıqları nəticəsində rayonumuz işğaldan azad olunandan sonra məktəbimizin gərgin şəraitini orada davam etdirək. Mən buna nail olacağımıza tam əminəm,- deyə məktəbin direktoru Cəbrayıl Şıxəliyev bizə məlumat verir.

- Bilirsiniz, bəlkə məktəbimiz qaçqın-köçkün məktəbləri içərisində yeganə təhsil ocağıdır ki, bir müəllimimiz əməkdar müəllim adına, iki müəllimimiz isə "Tərəqqi" medalına layiq görülüb. Məncə, bu bizim əməyimizə verilən ən yüksək mükafatdır. Buna görə cənab Prezidentə kollektivimiz adından dərin təşəkkürümü bildirirəm. Onu da əlavə edim ki, mən bu günlərdə Təhsil Nazirliyində "Tərəqqi" medalının təqdimolunma mərasimində iştirak edərkən çıxış etdim, hörmətli nazirimiz cənab Misir Mərdanova diqqət qayğıya görə təşəkkürümü bildirdim onu məktəbimizə dəvət etdim. O da bu dəvəti məmnuniyyətlə qəbul etdi. İndi biz cənab naziri yüksək səviyyədə qarşılamağa hazırlaşırıq.

Bəs məktəbin müəllimləri düşünürlər? Kimya-biologiya müəllimi, respublikanın əməkdar müəllimi Oktyabr İskəndərovun dediklərindən:

- Bildiyiniz kimi kimya, biologiya fənləri sırf təbiət fənləridir. Düzü, əvvəlki binamızda dərs prosesində şəraitsizlikdən çox sıxılırdım. Laboratoriyanın olmaması bir yana, özümün şagirdlərimin min əziyyətlə topladığımız təbiət örnəkləri, eləcə uşaqların əl işləri əl-ayaq altda qalıb tələf olurdu. İndi maşallah hər şəraitimiz var. Geniş sinif otaqları, laboratoriya, kitabxana, təlim avadanlıqları, kompüterlər bizim yeni-yeni uğurlara imza atmağımıza şərait yaradacaq. Təbii ki, ən böyük arzumuz Zəngilana, doğma kənd-kəsəyimizə qayıdıb müəllimlik fəaliyyətimizi orada davam etdirməkdir. Biz o günü həsrət ümidlə gözləyirik.

Bu gün məktəblərimiz, müəllimlərimiz "uzun, incə" bir yol başlayıb -  təlim-tərbiyə adlı bu yolun yolçularına böyük uğurlar diləyir onlara yeni-yeni nailiyyətlər arzulayırıq.

 

Azad QARADƏRƏLİ

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.4.