Məktəbdaxili qiymətləndirmə üzrə

monitorinqin nəticələri göstərir

 

Ümumi təhsil müəssisələrinin I-III siniflərində yeni qiymətləndirmə mexanizmlərindən istifadənin vəziyyətini, nailiyyətləri çatışmazlıqları müəyyən etmək məqsədi ilə Təhsil Nazirliyinin tabeliyində olan 6 nömrəli məktəb-liseydə, 132-134 nömrəli Beynəlxalq təhsil kompleksində , "Ankara məktəbi" məktəb-liseyində Bakı şəhərinin 11 rayonu əhatə olunmaqla həm mərkəzdə, həm ucqarda yerləşən 5, 20, 23, 29, 82, 87, 96, 102, 129, 162, 166, 222, 235 nömrəli məktəblərdə 287 nömrəli "Zəkalar" liseyində monitorinq aparılmışdır. Təqdirəlayiq haldır ki, Bakı şəhərinin ucqar ərazilərində yerləşən 87, 156, 222, 235 nömrəli məktəblərində qiymətləndirmə sahəsində aparılan işlər səviyyəcə heç mərkəzdə yerləşən məktəblərdən geridə qalmır.

Məlumdur ki, kurikulum tətbiq olunan siniflərdə dərs aparan müəllimlər Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif səviyyəli treninqlərdə iştirak etmiş, fəal təlim üsullarını, qiymətləndirmə mexanizmini öyrənmiş dərslərdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək bacarıqlarına yiyələnərək müvafiq sertifikatlar almışlar.

Qeyd edək ki, apardığımız  monitorinqin əsas məqsədi məktəblərimizdə  yeni qiymətləndirmə mexanizminin düzgün tətbiq edilib-edilməməsini, məktəbdaxili qiymətləndirmənin bütün  növlərinin müəyyənləşdirilmiş prinsip standartlara uyğun şəkildə aparılıb-aparılmamasını, qiymətləndirmə vasitələrinin düzgün tətbiqini müşahidə etmək idi.

14 günü ərzində aparılan müşahidələr göstərdi ki, I-III siniflərdə dərs deyən müəllimlər treninqlər azmüddətli təcrübə nəticəsində yeni qiymətləndirmə onun növləri haqqında müəyyən biliklərə yiyələniblər   öyrəndikləri  nəzəri biliklərdən təcrübədə bu ya digər səviyyədə istifadə edirlər. Qeyd edək ki, müəllimlər şagirdlərin qiymətləndirilməsinin həyata keçirilməsi üçün diaqnostik, formativ summativ qiymətləndirmə nümunələrindən istifadə etsələr , tədris prosesində təcrübəsizlikdən doğan bir sıra çətinliklərlə üzləşirlər.

Təqdirəlayiq haldır ki, əksər müəllimlərimiz yeni qiymətləndirməyə yaradıcı şəkildə yanaşaraq formativ qiymətləndirmə jurnalları tərtib etmişlər. Həmin jurnallarda şagirdlər haqqında məlumat, qiymətləndirmə standartları bu standartlar üzrə şagirdlərin fəaliyyəti öz əksini tapıb. Müşahidələr göstərdi ki, monitorinqə cəlb olunan məktəblərin əksəriyyətində qiymətləndirmə prosesi tələb olunan səviyyədə təşkil edilib, fəal təlim üsullarından istifadə geniş yayılıb.

Monitorinqin nəticələrini aşağıdakı kimi qruplaşdırmaq olar:

Müsbət cəhətlər:

a) dərs prosesində şagirdlərin fəaliyyətinin qruplar üzrə təşkil olunması;

b) tədris prosesində açıq suallardan istifadə olunması;

c) şagirdlərin özünü yoldaşlarını qiymətləndirməsi;

d) qiymətləndirmənin standart  meyarlar əsasında aparılması;

e) formativ qiymətləndirmə jurnalında şagirdin fəaliyyətinin daimi izlənilməsi;

f) sözlə (təsviri) qiymətləndirmə formalarından istifadə olunması;

g) müəllimlər tərəfindən formativ qiymətləndirmə vasitələrinin hazırlanması.

Çatışmayan cəhətlər:

a) bəzi məktəblərdə hələ ənənəvi qiymətləndirmə üsul vasitələrindən istifadə olunması;

b) formativ qiymətləndirmənin rəqəmlə aparılması;

c) zərurət olmasına baxmayaraq, informasiya-kommunikasiya texnologiyalarından  istifadə olunmaması;

d) qiymətləndirmə vasitələrinin tərtibində nailiyyət səviyyələrinin nəzərə alınmaması.

Məktəblərdə əksər hallarda qiymətləndirmənin aparılması üçün Təhsil Nazirliyi tərəfindən hazırlanmış tövsiyə edilmiş qiymətləndirmə vasitələrindən istifadə olunur. Lakin bəzi fənlər, xüsusilə texnologiya, fiziki tərbiyə, musiqi s. fənlər üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasına ehtiyac duyulur. Təəssüfləndirici haldır ki, bir sıra məktəblərdə Təhsil Nazirliyinin təsdiq etdiyi qiymətləndirmə vasitələrindən deyil, kriteriya standartlara əsaslanmayan, mütəxəssislər tərəfindən müzakirə edilməmiş test tapşırıqlarından istifadə olunur. Məktəblərdə müəllimlər tərəfindən tərtib edilmiş kiçik summativ böyük summativ qiymətləndirmə tapşırıqlarının standartların ölçülməsinə uyğun hazırlanması da çox ciddi məsələdir. Bu zaman səhlənkarlığa yol verilməsi şagird nailiyyətlərinin qiymətləndirilməsində subyektivliyə  gətirib çıxara bilər.

Monitorinqin nəticələri göstərdi ki, ibtidai təhsilin I-III siniflərində yeni qiymətləndirmə sisteminin mahiyyətinə uyğun şəkildə aparılmasını təmin etmək üçün öyrədici kursların, treninqlərin keçirilməsi mütləqdir bu məqsədlə noyabr ayının ikinci yarısında dekabr ayında Təhsil Nazirliyi tərəfindən treninqlərin təşkil edilməsi nəzərdə tutulur. 

 

Təhsil Nazirliyinin Monitorinq qiymətləndirmə şöbəsi

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.4.