Kursun dinləyicilərinə vəsiqələr təqdim edilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qısamüddətli  ixtisasartırma kursunun növbəti  buraxılışı  olub. Dövlətin sosial siyasət, mahiyyət, prioritetlər həyata keçirilmə mexanizmləri istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi şəhər, rayon orqanlarının, müvafiq nazirlik, komitə idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Kursun əsas məqsədi "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması davamlı inkişaf Dövlət Proqramı"nın şərh edilməsi, bu sahədə dövlət siyasətinin mahiyyətini strategiyasının açıqlanması, Azərbaycanda demoqrafiq proseslərin müasir vəziyyəti, meyilləri   qanunauyğunluqları, əmək pensiyaları haqqında qanunvericilikdə dəyişikliklər,  əlavələr sair problemlərlə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə yeni məlumatların verilməsidir.

Tematik plan üzrə  kursda Heydər Əliyevin dövlət idarəçilik təcrübəsi, Azərbaycanda sosial siyasət onun əsas istiqamətləri, pensiya islahatlarının mahiyyəti problemləri, pensiya siyasəti   onun həyata keçirilməsi   digər məsələlər əhatə edilib.

Kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri tanınmış alim-mütəxəssislər dinləyicilər qarşısında sosial siyasətin müasir problemlərinə  dair müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər. Təhsil müddəti ərzində dinləyicilər  Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında təcrübə keçib. Eyni zamanda respublikada sosial siyasətin formalaşması bu sahədə dövlət siyasətinin aktual məsələləri ilə  yaxından  tanış  olublar.

Sonda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev kursu bitirən dinləyicilərə vəsiqələr təqdim edib.

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.5.