Təcrübəçi tələbələr
üçün ustad
dərsi
Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksində
davamlı olaraq tədbirlərlə yanaşı
"açıq dərs"lər
də keçilir. Oktyabr ayına
planlaşdırılmış "açıq dərs"lər
2009-2010 və 2010-2011-ci dərs
illərində "Ən
yaxşı müəllim"
müsabiqəsinin qalibləri
tərəfindən aparıldı.
"Açıq dərs"lərin
keçilməsində məqsəd
Məktəb-Lisey Kompleksində
təcrübədə olan
Bakı Slavyan Universiteti tələbələrinin
gələcəkdə daha
hazırlıqlı pedaqoq
kimi yetişmələrinə,
yeni təlim texnologiyaları və metodlarına yiyələnməkdə
onlara kömək göstərməkdən ibarət
idi. Ənənəyə sadiq qalaraq
"açıq dərs"lərdən
birini də biologiya müəllimi Gülnar Rüstəmova
VI sinifdə "Kökün
şəkildəyişmələri" mövzusunda keçdi.
Dərs təməl sualla başlandı və məzmunla bağlı suallarla davam etdirildi.
Müasir metodların tələblərinə
cavab verən dərsdə İKT vasitələrindən
istifadə olundu və BLUM texnologiyasının
(şagirdlərdə yüksək
səviyyəli düşüncə
qabiliyyətinin inkişaf
etdirilməsi) bütün
mərhələləri gözlənildi. İnteraktiv
metodlardan istifadə nəticəsində şagirdlər
dərs prosesində fəal iştirak etdilər və keçilən mövzunu mükəmməl şəkildə qavradılar.
Dərsdə digər fənlərlə
inteqrasiya da müşahidə olundu.
Belə ki, nağıl nümunəsinin verilməsi
nəticəsində ədəbiyyat
fənni də dərs prosesinə inteqrasiya olundu.
Dərsdə mövzuya uyğun videomaterial (sənədli
film) nümayiş etdirildi
və bunun nəticəsində şagirdlər
canlı olaraq bölünmə zona hüceyrələrinin mitoz
yolla çoxalması
prosesini müşahidə
etdilər. Dərs qruplarla aparıldı
və uşaqlar qabaqcadan hazırlanmış
işçi vərəqlərdə
işləməklə nəticələrini
hər bir qrupa aid olan lövhədə yerləşdirdilər.
Yeni mövzu izah olunarkən onun sxem şəklində nümunəsi şagirdlərin
hər birinə paylandı. İzahatdan sonra şagirdlərlə
birgə dərsin nəticələri və
dərsdə istifadə
olunan resurslar haqqında hesabat aparıldı. Dərsin yekun
hissəsində uşaqlarla
refleksiya həyata keçirildi və şagirdlər dərsə
öz münasibətlərini
xüsusi hazırlanmış
kartlar vasitəsilə
bildirdilər. Sonra şagirdlər
müəllim tərəfindən
qiymətləndirildi. Şagirdlərə ev tapşırığı
verildi və sonda qruplar musiqi
sədaları altında
bir-birlərinin işini
alqışladılar. Dərs uğurla
başa çatdı.
Dərs bitdikdən sonra iştirakçı müəllimlər
və təcrübəçi
tələbələr arasında
müzakirə aparıldı,
dərslə bağlı
fikirlər irəli sürüldü.
Leyla ƏMİRASLANOVA
Azərbaycan müəllimi.- 2010.-
12 noyabr.- S.5.