Bakı Slavyan
Universitetində beynəlxalq
forum keçirilib
Noyabrın 9-10-da Bakıda "XXI əsrdə
Müstəqil Dövlətlər
Birliyi (MDB) və Şanxay Əməkdaşlıq
Təşkilatı (ŞƏT) ölkələrində mədəniyyətlərin
və dillərin dialoqu" mövzusunda VI Beynəlxalq forum keçirilib. Forum MDB Dövlətlərarası
Humanitar Əməkdaşlıq
Fondunun dəstəyi ilə Moskva Dövlət Linqvistik Universiteti (MDLU) və
Bakı Slavyan Universiteti (BSU) tərəfindən
təşkil olunmuşdur.
Müstəqil Dövlətlər Birliyinin
20 illik yubileyinə və MDB ölkələrinin
dil və mədəniyyətlər üzrə
Baza Təşkilatının
yaradılmasının 10 illiyinə
həsr olunmuş tədbir plenar və sessiya iclasları şəraitində
keçib.
Bu forum MDB və
ŞƏT ölkələri humanitar mühitinin siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektləri, çoxdilli humanitar mühitində dillərin və mədəniyyətlərin dialoqu;
rus dili millətlərarası ünsiyyət
vasitəsi kimi; ədəbi tərcümələr
- mədəniyyətlər və dillər arasında qarşılıqlı
təsir vasitəsi kimi; dini təhsil
- MDB və ŞƏT ölkələrinin
dünyəvi və dini tədris müəssisələri arasında
dialoq vasitəsi kimi məsələlərin
müzakirəsinə həsr
olunub.
Noyabrın 9-da BSU-da forumun açılışı
olub. Mərasimdə MDLU-nun rektoru, professor İ.İ.Xalayeva,
MDB-nin İcra Komitəsinin sədri S.N.Lebedev, MDB Parlamentlərarası
Assambleyasının Mədəniyyət
və İnformasiya Daimi Komissiyasının katibi K.A.Pşenko, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı
N.Məhəməliyev, Azərbaycan
Respublikası təhsil
nazirinin müavini İ.Hüseynova, Minsk Dövlət
Linqvistik Universitetinin rektoru, professor N.P.Baranova, Kiyev Milli Linqvistik
Universitetinin rektoru,
professor R.V.Vasko və
başqaları çıxış
ediblər. Çıxışlarda xalqlar arasında
dostluq və əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi məqsədilə
keçirilən forumun
əhəmiyyətindən söz açılıb.
Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor K.Abdullayev
çıxış edərək
BSU-nun belə bir möhtəşəm tədbirə
ev sahibliyi
etdiyindən məmnunluğunu
bildirib. Qeyd edib ki, Bakı
Slavyan Universiteti Azərbaycanda rus, slavyan və Avropa mədəniyyəti
ocağı kimi Rusiyanın və digər MDB ölkələrinin
elmi-mədəni mərkəzləri
ilə dostluq və əməkdaşlıq
əlaqələrinin inkişafında
və genişlənməsində
böyük xidmət
göstərir. Biz bu görüşə çox şadıq və əminik ki, bu forum MDB məkanında humanitar əlaqələrin möhkəmlənməsinə,
təhsil ocaqlarımız,
tələbə və
müəllimlərimiz arasında
birbaşa münasibətlərin
qurulmasına yardım
edəcəkdir.
Forumda xüsusi
əhəmiyyət kəsb
edən məqamlardan biri də Rusiya,
Ukrayna, Belarus, Moldova, Qazaxıstan,
Tacikistan, Özbəkistan,
Qırğızıstan və
Azərbaycanın tədbirdə
iştirak edən universitetləri arasında
MDB-nin iştirakçı
dövlətlərinin humanitar
təhsil sahəsində
əməkdaşlığın gələcək inkişafı
barədə memorandumun
imzalanması olub. Eyni zamanda Bakı Slavyan Universiteti ilə Kiyev Milli Linqvistik Universiteti, Minsk Dövlət
Linqvistik Universiteti və Rusiya-Tacikistan (Slavyan) universitetləri arasında əməkdaşlıq
haqqında müqavilə
imzalanıb. Müqaviləyə əsasən, adları çəkilən universitetlərdə
Azərbaycan dili və mədəniyyəti
mərkəzlərinin açılması
nəzərdə tutulur.
Forumun gedişi zamanı Birlik ölkələrində
dil və mədəniyyətlərə dair
MDLU tərəfindən hazırlanmış
tədris materiallarının
sərgisi təşkil
olunub. Noyabrın 10-da Moskva Dövlət
Linqvistik Universiteti mütəxəssisləri tərəfindən
BSU-da videokonfrans formatında ustad dərsləri keçilib.
Dil və mədəniyyətlərin
öyrənilməsində yeni maarifləndirici texnologiyaların səmərəli
istifadəsinə dair
elmi-metodoloji seminarlar aparılıb. Regionşünaslıq, dilçilik, tərcümə
və mədəniyyətlərarası
ünsiyyət mövzusunda
mühazirələr oxunub.
Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.