Sumqayıt peşə liseyinin şagirdi ikiqat dünya çempionudur
Məmmədov Camal Muxtar oğlu
1992-ci ildə Sumqayıt
şəhərində dünyaya
göz açıb. 2008-ci ildə Sumqayıt şəhər 33 nömrəli
orta məktəbin IX sinfini bitirdikdən sonra Sumqayıt 1 nömrəli Peşə Liseyinə qəbul olub. Hazırda həmin təhsil
ocağının kompüter
avadanlığının istismarı
üzrə operatoru qrupunun III kursunda təhsilini davam etdirir. Yaxşı oxuması, nümunəvi davranışı ilə
müəllimlərinin və
şagird yoldaşlarının
dərin hörmətini
qazanan Camal təhsil aldığı
peşə liseyinin idman yarışlarında
iştirak etməklə
yanaşı, idman ustası Natiq Qasımovun fəaliyyət
göstərdiyi cəmiyyətdə
mütəmadi olaraq kikboksinq idman növü üzrə məşqlərini davam etdirir.
Hələ uşaqlıqdan idmanın
bu növünə böyük maraq göstərən Camal erkən yaşlarından bu yolda uğurlar
qazana bilib. Belə ki,
bir neçə dəfə respublika birinciliyinin qalibi olub.
Camal tanınmış idmançı
olmağı, mötəbər
turnirlərdə qələbə
qazanaraq təmsil etdiyi müstəqil Azərbaycan Respublikasının
bayrağını qaldırmağı
qarşısına məqsəd
qoymuşdur. Bu arzusuna
çatan Camal Məmmədov 2006-cı ildə
Yunanıstanda dünya
kuboku uğrunda yeniyetmələr arasında
keçirilən çempionatda
uğurla iştirak edib və doğma
şəhəri Sumqayıta
qızıl medalla qayıdıb. 2008-ci ildə Gürcüstanda keçirilən yarışlarda
yüksək nəticələr
göstərən Camal
Azərbaycana 2 qızıl
kəmər, 2 qızıl
və 2 gümüş
medal gətirib.
2010-cu il sentyabrın 20-dən
27-dək Serbiyanın Belqrad
şəhərində yeniyetmələr
arasında keçirilən
dünya kuboku uğrunda yarışlar Camal üçün daha əlamətdar olub. Bu çempionatda
65 ölkənin idmançıları
təmsil olunurdu.
2002-ci ildən kikboksinq idman növü ilə həvəslə məşğul
olan Camal həmin çempionatda öz sözünü qətiyyətlə deyə
bilib. Belə ki, rəqibləri
olan erməni, özbək, macar və rus idmançılarına
qalib gələrək
ikiqat dünya çempionu titulunu qazanmış və gənclik şəhəri
Sumqayıta qızıl
medalla qayıtmışdır.
Dünya çempionunu Sumqayıt Şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Musa Həsənov
qəbul edərək
onu təbrik etmiş və qiymətli hədiyyə ilə mükafatlandırmışdır.
Həmçinin təhsil
aldığı Sumqayıt
1 nömrəli Peşə
Liseyinin pedaqoji-mühəndis
kollektivi Camal Məmmədovu hərarətlə
qarşılamış və
əminliklə bildirmişlər
ki, bu tədris
ilini o, uğurla başa vuraraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasının tələbəsi
kimi təhsilini davam etdirəcək.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.8.