Şair tələbələrin qonağı
oldu
Azərbaycan Müəllimlər İnstitutunda
əməkdar incəsənət
xadimi Baba Vəziroğlu
ilə görüş
keçirildi. Tədbir ulu öndər
Heydər Əliyevin xatirəsinə bəstələnmiş
"Xalq Heydər söyləyəcək!" mahnısına
çəkilmiş klipin
nümayişi ilə
başlandı. Tədbiri
giriş sözü ilə institutun rektoru, professor Aqiyə Naxçıvanlı açaraq
nəğməkar şair,
nasir, kinodramaturq, əməkdar incəsənət
xadimi Baba Vəziroğlunun
yaradıcılığı haqqında danışdı.
O, qeyd etdi ki, şair
olmaq üçün
şübhəsiz ki,
fitri istedad və eyni zamanda
vətənə, xalqa,
torpağa bağlılıq,
sevgi-məhəbbət lazımdır.
Baba Vəziroğlu poeziyası da vətənə, xalqa məhəbbət, gözəllik,
saf, təmiz hisslər, nəciblik kimi duyğularla zəngindir.
Baba Vəziroğlunun yüzlərlə
şeirinə mahnılar
bəstələnib. Bir çox
tanınmış bəstəkarlarımız,
eləcə də unudulmaz Rəşid Behbudovdan, Şövkət
Ələkbərovadan bu
günə kimi neçə-neçə müğənnilərimiz
onun yaradıcılığına
dəfələrlə müraciət
edir. Onun bəstəkar Kamalla birgə yaratdığı
ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş "Xalq Heydər söyləyəcək!" kimi
şah əsəri bütün dünya azərbaycanlıları tərəfindən
sevilərək dinlənilir.
İnanırıq ki, nə qədər
Azərbaycan xalqı var, bizim üçün
əziz olan bu mahnı daim
seviləcək və
yaşayacaq.
Tədbirdə xalq artisti, "Şöhrət" ordenli,
bəstəkar Faiq Sücəddinov və xalq artisti Yalçın
Rzazadə, gənc müğənnilərdən Elnur
və Ayan şair haqqında öz ürək sözlərini söylədilər
və onun sözlərinə yazılmış
mahnılar ifa etdilər.
İnstitutun özfəaliyyət kollektivinin
üzvlərindən Könül
Hacıyeva, Xəqani Sadıqov və Mehriban Şərifova da şairin sözlərinə bəstələnmiş
mahnıları ifa edərək tədbir iştirakçılarını salamladılar.
Çıxış edən
tələbələr Baba Vəziroğlu poeziyasını
sevə-sevə oxuduqlarını,
sözlərinə yazılmış
mahnıları heyranlıqla
dinlədiklərini bildirdilər
və onun şeirlərini
söylədilər.
Şair tələbələrin çoxsaylı
suallarını səmimiyyətlə
qəbul edərək
cavablandırdı və
yeni şeirlərini söylədi. O, bildirdi ki, gənclərlə keçirdiyi hər bir görüş onun həyatında mühüm rol oynayır.
Tədbirin iştirakçıları belə
görüşlərin gənclərin
mənəvi tərbiyəsinin
formalaşmasında böyük
əhəmiyyət kəsb
etdiyini bildirdilər və bu yüksək
səviyyəli, maraqlı,
məzmunlu tədbirin
təşkili üçün
institutun rəhbərliyinə,
şəxsən Aqiyə
xanıma dərin minnətdarlıqlarını bildirdilər.
Azərbaycan müəllimi.-
2010.- 19 noyabr.- S.5.