Bakı məktəblərində bilik yarışı keçirilib

 

Noyabrın 13-də "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 27 oktyabr 275 nömrəli əmrinə əsasən Bakıdakı ümumtəhsil məktəblərində V-XI sinif şagirdləri arasında 9  fənn üzrə bilik yarışı keçirildi.

 

Bilik yarışını müşahidə etmək üçün həmin gün Xətai rayonunda yerləşən 261 nömrəli məktəb-liseydə 17 nömrəli orta məktəbdə olduq.

261 nömrəli məktəb-liseydə bilik yarışı açılış mərasimi ilə başladı. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Abuzər Əsədov yarış iştirakçılarına uğurlar arzuladı. O, belə yarışların keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirərək istedadlı şagirdlərin aşkar olunmasını onlardan maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, bilik yarışında 200-dən çox şagird iştirak edir suallar bütün siniflər üzrə 2 variantda hazırlanmış, metodbirləşmələrdə müzakirə olunaraq  təsdiq edilmişdir. A.Əsədov yarışın nəzarətçi müəllimlərdən (qeyri-ixtisas) yoxlayıcı komissiyadan ibarət təşkilat komitəsi tərəfindən keçirildiyini vurğuladı.

İştirakçılar siniflərə daxil olduqdan sonra bilik yarışına start verildi.

Sözügeden tədbirlə bağlı 17 nömrəli məktəbdə iştirak edərək yarışın gedişini izlədik. Müxtəlif fənlər üzrə müəyyən olunmuş yarışın tam obyektiv şəkildə aparılmasının şahidi olduq. Məktəbin direktoru Bədəl Bədəlov yarışda 520 şagirdin iştirak etdiyini şagirdlərin bu yarışa böyük maraqla qatıldığını bildirdi. B.Bədəlov yarışın aparılması üçün məktəbdə 10 nəfərdən ibarət təşkilat komitəsinin yaradıldığını nəticələrin pedaqoji şurada müzakirə olunacağını qeyd etdi. Müxtəlif fənlər üzrə I yerə layiq görüləcək şagirdlərin rayon turunda iştirak edəcəkləri, rəğbətləndirilmə həvəsləndirilmə məqsədilə diplom mükafatlar alacaqları bildirildi.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.1.