"Həyati bacarıqlara əsaslanan təhsil"lə bağlı seminar

 

Azərbaycan Müəllimlər İnstitutunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil məktəblərində tədris olunan "Həyati bacarıqlara əsaslanan təhsil" fənnini 2010-2011-ci ildə tədris edən müəllimlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Təhsil Nazirliyinin razılığı əsasında müəllimlər üçün üçgünlük seminar təşkil edilmişdir.  

Oktyabrda keçirilmiş seminarda  44 nəfər müəllim iştirak etdi. Seminarı "Həyati bacarıqlara əsaslanan təhsil" (HBƏT)  kursunun proqramı tədris vəsaitlərinin müəllifləri, təcrübəli təlimçilər Sevda Tağıyeva Gülarə Hüseynova apardılar. Hər iki mütəxəssis təlimləri yüksək səviyyədə keçdi, müəllimlərə həm nəzəri, həm təcrübi bilik bacarıqlar aşılayıb, proqram tədris vəsaitləri ilə işləmələri üçün onlara metodiki tövsiyələr verdilər.

Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi təlimin normal keçilməsi üçün hər bir şərait yaratmışdı. Təlimlər davam etdirilir.

 

 

Solmaya ƏMİRƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.