"Uşaq
hüquqları" aylığı
Neftçala rayonunda oktyabrın 20-dən
noyabrın 20-dək "Uşaq
hüquqları" aylığı
keçirilir. Aylıq çərçivəsində bütün
təhsil müəssisələrində konfranslar, seminarlar, disputlar, mühazirələr keçirilir,
"açıq dərs"lər və sinif saatları təşkil olunur. Məşğələlərdə
Uşaq Hüquqları
Konvensiyasının müddəaları
haqqında şagirdlərə
ətraflı məlumatlar
verilir. Aztəminatlı
ailələrin, xüsusi
qayğıya ehtiyacı
olan uşaqların kütləvi tibbi müayinələri aparılır,
sağlam həyat
tərzinin təbliğinə xüsusi diqqət yetirilir. Uşaqları neqativ vərdişlərdən
çəkindirmək istiqamətində
hüquq-mühafizə orqanları
ilə birlikdə mütəmadi maarifləndirici
tədbirlər
təşkil edilir.
Aylıq çərçivəsində
"Uşaq hüquqları
hamı üçün"
mövzusunda inşa
yazı müsabiqəsi
keçirilib. Müsabiqədə
Bankə qəsəbə I nömrəli
orta məktəbin XI sinif şagirdi Gülçin Hadıyeva və Xıllı qəsəbə I nömrəli
orta məktəbin X sinif şagirdi Fəridə Sultanova I, şəhər 2 nömrəli,
eləcə də Mirqurbanlı, Qədimkənd və Xolqarabucaq kənd orta məktəblərinin
şagirdləri II, şəhər 1 və 4 nömrəli məktəblərin, Muğan liseyi və Həsənabad qəsəbə
orta məktəbinin şagirdləri III və
IV yerləri tutublar.
"Bizim
hüquqlarımız" mövzusunda keçirilən rəsm
müsabiqəsində isə I yeri
Qədimkənd orta məktəbinin,
II və III yerləri şəhər
1,2 və 4 nömrəli məktəblərin, Muğan
liseyinin, Xıllı qəsəbə I nömrəli və Xolqarabucaq kənd
orta məktəblərinin şagirdləri qazanıblar.
S.SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.