Dövlət İdarəçilik Akademiyasında qısamüddətli ixtisasartırma kurslarının açılışı olub

 

Noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "İnvestisiya proseslərinin dövlət  tənzimlənməsi   dövlətin maliyyə-kredit siyasəti" istiqaməti üzrə növbəti qısamüddətli kursların açılışı olub.

Tədbiri giriş sözü ilə DİA-nın tədris işləri üzrə prorektoru, professor Ə.Abdullayev açaraq  bu kursların gənc kadrların  yetişdirilməsi  baxımından böyük  önəm daşıdığını qeyd edib dinləyicilərə öz  səmimi arzularını bildirib.

Kurslarda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə idarələrin rəhbər işçiləri ilə yanaşı, əcnəbi  qonaqların iştirakı nəzərdə tutulub.

Asiya İnkişaf Bankının dəstəyi vasitəçiliyi ilə ölkəmizə təşrif gətirən həmin qonaqlar sırasında Sinqapurun Li Kuanyu  Dövlət Siyasət İnstitutunun mütəxəssisi Aydjerim Bolat, Asiya İnkişaf Bankı ilə  əməkdaşlıq üzrə regional ekspert Devid Oldfild başqaları da  vardır .

DİA-da təşkil olunan bu  kursların əsas məqsədi dövlətin iqtisadi sahədə apardığı islahatlar, maliyyə-kredit siyasəti, investisiya qoyuluşu proseslərində dövlətin tənzimləmə metodları s.  barədə dinləyicilərə  yeni  biliklərin verilməsi dünya təcrübəsinin  öyrədilməsidir. 

 

 

Ş.CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.