Dövlət İdarəçilik
Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
(DİA) YUNESKO tərəfindən elan edilmiş Ümumdünya Fəlsəfə
Gününə həsr
olunmuş "dəyirmi
masa" keçirilmişdir.
DİA-dan
AzərTAc-a bildirmişlər
ki, tədbirdə Azərbaycan Respublikası
Prezident Administrasiyasının
rəhbəri, akademik
Ramiz Mehdiyevin ali məktəblər üçün "Fəlsəfə"
dərsliyinin yeni nəşrinin təqdimatı
olmuşdur.
YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur.
Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram
Abdullayev çıxış
edərək Ümumdünya
Fəlsəfə Gününün
tarixi barədə məlumat vermiş, bu günün dünyanın ayrı-ayrı
ölkələrində də
geniş qeyd edildiyini bildirmişdir.
Azərbaycan təhsil sistemində fəlsəfənin özünəməxsus
yeri olduğunu xatırladan professor Ə.Abdullayev
təqdim olunan kitabın əhəmiyyətindən
danışmışdır.
DİA-nın
Fəlsəfə və
sosial psixologiya kafedrasının müdiri,
professor Tofiq Rəsulov məruzə ilə çıxış
edərək "Fəlsəfə"
dərsliyinin elm və
təhsilimizə dəyərli
töhfə olduğunu
vurğulamışdır.
AMEA-nın müxbir üzvü Səlahəddin
Xəlilov, professor İzzət
Rüstəmov və digər alimlər də Azərbaycanda fəlsəfi fikirdə əldə edilən uğur və nailiyyətlərdən, təqdim
edilən kitabın məziyyətlərindən bəhs
etmiş, nəşri
yüksək dəyərləndirmişlər.
Kitabda Azərbaycan fəlsəfi
fikrinin təşəkkülü,
fəlsəfi fikirdə
əldə olunan nailiyyətlər özünün
uğurlu inikasını
tapmışdır.
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.1.