Yeni məktəblərimiz

 

Bu il Tərtər rayonunun Sarıcalı və Azad Qaraqoyunlu kəndlərində iki yeni məktəb binası istifadəyə verilib. Təhsil Nazirliyinin maliyyə vəsaiti hesabına inşa olunan ikimərtəbəli 220 yerlik Sarıcalı kənd orta məktəbinin tikintisi "Təşəbbüs" MMC şirkəti tərəfindən  həyata keçirilmişdir. Müasir standartlara cavab verən məktəbdə 9 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, aktidman zalları, bufet, kitabxana, müəllimlər otağı mövcuddur. Bununla bərabər məktəbdə müasir istilik sistemi quraşdırılmış, həyətə asfalt örtüyü çəkilmiş, artezian vurulmuşsu hovuzu tikilmişdir. 

 

 

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.1.