BDU-da "Tədris elektron mərkəzi" açılıb

 

Bakı Dövlət Universitetində "Tədris elektron mərkəzi"nin açılışı olub. Açılış mərasimində çıxış edən rektor, akademik Abel Məhərrəmov "Tədris elektron mərkəzi"nin yaranma zərurətindən, fəaliyyət istiqamətindən bəhs edib. Bildirilib ki, mərkəz BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin  həyata  keçirilməsinə ciddi nəzarət edilməsi məqsədilə yaradılıb.

Mərkəz, eyni zamanda, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə, ayrı-ayrı fənlər  üzrə  kreditlərin yerinə yetirilməsinə, distant  təhsilin tətbiqinin genişləndirilməsinə və tədrisin  keyfiyyətinin yüksəldilməsinə nəzarətin daha da gücləndirilməsi işini yerinə yetirir.

Açılış mərasimində çıxış edənlər "Tədris elektron mərkəzi"nin əhəmiyyətini vurğulayıb, bu sistemin tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduqlarını bildiriblər.

 

         Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.6.