Bakı Dövlət Universiteti Edinboro

Universiteti arasında  memorandum imzalanıb

 

Bu günlərdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Amerika Birləşmiş Ştatlarının Edinboro Universitetinin prezidenti, doktor Ceremi Braunu, beynəlxalq proqramlar üzrə direktor Olqa Zinovyevanı qəbul edib.

Rektor BDU-nun yaranma tarixindən, inkişaf mərhələləri beynəlxalq əlaqələrindən, bir çox universitet assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb, Pensilvaniya ştatının Edinboro Universiteti ilə münasibətlərin yaranmasında maraqlı olduğunu bildirib.

2007-ci ildən Edinboro Universitetinin 16-cı prezidenti vəzifəsində çalışan doktor Ceremi Braun təmsil etdiyi universitetin ABŞ-ın aparıcı ali məktəbləri sırasında olduğunu bildirib. Qeyd edib ki, universitetin texniki təchizatı yüksək səviyyədədir   o, bu ali məktəbə prezident təyin ediləndən sonra tələbələrin sayı distant təhsil on-line tədris hesabına xeyli çoxalıb. Hazırda ümumi məbləği 150 milyon dollar olan layihələrə rəhbərlik edən qonaq da, öz növbəsində, BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. 

Daha sonra universitetlərarası əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəddə tədqiqatçı, aspirant magistrantların mübadiləsi, birgə layihələr mövzusunda elmi araşdırmalar aparılması, alimlərin müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə proqramlarda birgə iştirak nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar BDU-nun laboratoriya elmi mərkəzlərində olub, xoş təəssüratla ayrılıblar.

 

P.İBRAHİMOVA

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.8.