"Milli İKT və Təhsil
strategiyasının inkişafı"
Noyabrın 22-də Bakı
şəhərindəki 132-134 nömrəli təhsil kompleksinin akt zalında "Milli İKT
və Təhsil Strategiyasının inkişafı"
mövzusunda seminar keçirildi.
Tədbirdə Təhsil
Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin,
YUNESKO-nun, müxtəlif şirkətlərin
nümayəndələri və
Böyük Britaniya, Moskva, Ukrayna, Gürcüstan və Belorusdan gəlmiş qonaqlar iştirak edirdilər.
Tədbir başlamazdan
öncə təhsil kompleksinin direktoru Sara Xanlarova qonaqları bilik ocağının ən müasir standartlar səviyyəsində
qurulan və qabaqcıl avadanlıqlarla
təchiz edilən fənn kabinetləri, kompüter, netbuk, proyektor, elektron lövhələrlə təchiz
olunmuş sinif otaqları, tarix muzeyi ilə
Sonra öz işinə başlayan seminarda Böyük Britaniyanın "Education İmpact"
təşkilatının nümayəndəsi
Gevin Dayks "Milli İKT və Təhsil Strategiyasının
inkişafı" mövzusunda
məruzə ilə çıxış etdi.
O, qeyd etdi ki, XXI əsrin tələblərinə uyğun
olaraq, texnologiyaların
təhsilə tətbiqinə
ehtiyac artmaqdadır.Texnologiyalar
həm iqtisadi inkişaf, həm də təhsilin əsasını təşkil
edən vacib amillərdən biridir. Texnologiyaların təhsildə öyrənilməsi
daha yaradıcı fəaliyyətlər üçün
zəmin yaradır.
Qeyd edildi ki, dünyanın
bir sıra ölkələrində öyrətmə
və öyrənmə
prosesində texnologiyalardan
istifadə sahəsində
əsaslı addımlar
atılmışdır və
texnologiyaların şagirdlərin
nailiyyətlərinə müsbət
təsiri barədə
faktlar mövcuddur.
Sonra seminarda YUNESKO-nun İKT üzrə
məsləhətçisi Marius Lukosiunas çıxış
edərək bildirdi ki, YUNESKO kimi təşkilatlar müəllimlərin
İnformasiya və Kommunikasiya Texnologiyaları
(İKT) bacarıqlarının artırılması vasitəsilə
texnologiyaların təhsildə
istifadəsini dəstəkləyir.
Sonra seminar iştirakçılarının çoxsaylı sualları
hər iki məruzəçi tərəfindən
ətraflı cavablandırıldı.
Tədbirin sonunda məktəbin akt zalında quraşdırılmış
videoaparatların vasitəsi
ilə Azərbaycan Dillər Universiteti və Elitar Gimnaziyada da keçirilən seminarların
gedişi və buradakı çıxışlar ekranda
iştirakçılar tərəfindən
izlənildi.
ƏDALƏT
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.8.