"Ali təhsildə elektron tədris"
mövzusunda seminar
Noyabrın 22-də Azərbaycan Dillər Universitetində "Ali təhsildə
elektron tədris" mövzusunda seminar keçirildi. Seminarda
ali təhsil müəssisələrinin nümayəndələri
ilə yanaşı,
ABŞ-ın Edinboro Universitetinin professorları
Hemiş Makloud və Çarlz
Anderson iştirak edirdilər.
Tədbirdə çıxış
edən ADU-nun rektoru,
professor Səməd Seyidov
bildirdi ki, Azərbaycanda çox vacib olan beynəlxalq konfrans öz işinə başlayır.
Bu konfrans təhsil
və texnologiya vasitələri və iqtisadi inkişafla bağlı olan bir konfransdır.
Hazırda ADU-da informasiya
və kommunikasiya texnologiyaları vasitələrindən
xeyli vaxtdır lazımınca istifadə
edirik. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin diqqəti və qayğısı sayəsində universitetdə
"İnformasiya Resurs
Kompleksi" yaradılmışdır. Kompleks Azərbaycanda analoqu
olmayan imkanlara malikdir.
Sonra ABŞ-ın Edinboro Universitetinin professoru, doktor Hemiş Makloud çalışdığı təhsil ocağında
İKT fəaliyyətindən və ondan təhsil
sahəsində istifadə
etmə qaydalarından söz açdı. O, çıxışında
öyrətmə, öyrənmə
və qiymətləndirmə
proseslərində əsas
tendensiya xarakterini doğuracaq yeniliklər, kitabxana resurslarının rəqəmsal
formata çevrilməsi,
virtual öyrənmə mühiti
və elektron portallardan ətraflı danışdı.
Seminar diskussiya
şəklində başa
çatdı.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.9.