Tələbə Elmi Cəmiyyətinin

70-ci elmi konfransı

 

Noyabrın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı  keçirildi. Konfransı giriş sözü ilə  ADPU-nun elmi işlər  üzrə  prorektoru, professor Vilayət Əliyev açaraq TEC-in fəaliyyətini müsbət qiymətləndirdi. Qeyd edildi ki, son illər universitet rəhbərliyinin xüsusi qayğı diqqəti sayəsində tələbə-gənclərin elmə marağı  artır, elmi axtarışlarının səviyyəsi ildən-ilə yüksəlir. Hazırda universitetin tələbələri respublikamızda keçirilən bütün mötəbər elmi  toplantılarda fəal iştirak edirlər. 70-ci elmi konfransda ADPU-nun 370 tələbəsinin iştirak etdiyini bildirən professor Vilayət Əliyev konfransın  12 bölmədə  2 gün davam edəcəyini diqqətə çatdırdı. Konfransın materialları nəfis tərtibatla 500 səhifəlik kitabda çap olunub. V.Əliyev çıxışının sonunda  konfransın işinə  uğurlar arzuladı.

Tədbirdə ADPU-nun TEC-in sədri, dosent Əli Zalov,  professorlardan S.Məmmədov, M.Murquzov, Ə.Fərəcov, tələbələrdən İ.Səmədova, K.İmanova başqaları çıxış edərək TEC-in fəaliyyətindən, keçirilən konfransın tələbə-gənclərin həyatında mühüm rolundan danışdılar.

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.9.