VI Uluslararası folklor
konfransı
2003-cü ildən 2007-ci ilədək Bakıda "Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə" Uluslararası folklor konfransı keçirilmişdi. İkiillik fasilədən sonra bu mötəbər tədbir yenidən 25 noyabrda Bakıda öz işinə başlayıb. İkigünlük konfrans Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu ilə KKTC Doğu Akdeniz Universitetinin birgə tədbiridir.
"Ortaq
Türk keçmişindən
ortaq Türk gələcəyinə" VI Uluslararası
folklor konfransı Azərbaycan MEA-nın Rəyasət Heyətinin iclas salonunda başlayıb. "Türk
epik ənənəsində
dastan" məsələsinə
həsr olunmuş elmi məclisdə türk xalqlarının folklorunu və folklorşünaslığın aktual problemlərini tədqiq edən Azərbaycan alimləri və dünyanın müxtəlif məkanlarında
araşdırma aparan mütəxəssislər iştirak
edirlər.
Tədbir iştirakçıları Türkiyə,
Şimali Kipr Türk Respublikası, Qazaxıstan, İran, Rusiya, Türkmənistan, Gürcüstan və Ukraynadan gəlmiş tədqiqatçıların dəyərli
məruzə və çıxışlarını maraqla qarşılayıblar.
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun mətbuat xidmətinin məlumatına
görə, problematikası
ilə elmi ictimaiyyətin diqqətini
cəlb etmiş konfransa elm adamları,
KİV nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin
Azərbaycandakı diplomatik
nümayəndəliklərinin əməkdaşları da
qatılmışlar.
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.9.