"Azərbaycan təhsili
yeni inkişaf mərhələsində"
respublika
elmi-praktik konfransı
Noyabrın 25-də TPİ-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Problemləri İnstitutu və Naxçıvan Müəllimlər
İnstitutunun birgə
təşkilatçılığı ilə "Azərbaycan təhsili yeni inkişaf mərhələsində"
mövzusunda respublika elmi-praktik konfransı öz işinə başladı.
Konfransda TPİ-nin direktoru, professor Abdulla Mehrabov müasir dövrdə ali təhsil sisteminin inkişafının metodoloji problemləri mövzusunda çıxış etdi. Bildirdi ki, ali təhsil sisteminin inkişafının müasir mərhələləri elmi nailiyyətlərin vacib nəticələrini özündə əks etdirən yeni təhsil standartlarının işlənməsi və tətbiqi ilə xarakterizə olunur. Tələb olunan informasiyanın gənclər tərəfindən qəbul olunaraq mənimsənilməsində olan problemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən tədris- təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin nəzərə alınması zərurəti yaranır. Qeyd edildi ki, son illərdə inkişaf etmiş ölkələrin ali təhsil sistemində artıq kompetensial tədris-təlim prosesinin qurulması və səriştəli yanaşma modeli geniş tətbiq olunmağa başlanmışdır. Araşdırmalar göstərir ki, bu səbəbdən gənclərin düşüncə tərzi hazırda abstrakt, köhnəlmiş nəzəriyyələr əsasında qurulmuş və çox da tədqiq olunmayan bəsit emosional xarakter daşıyır.
Konfransda bildirildi ki, ali təhsil müəssisələri idarəetmədə onların fəaliyyət göstərdikləri mühitin tələblərini nəzərə alaraq, keyfiyyətli kadr hazırlığının təmin edilməsi, adambaşına maliyyə sisteminə keçidin təmin olunması istiqamətində geniş, səmərəli işlər görməlidirlər.
Sonra pedaqoji elmlər doktoru, professor Y.Kərimov, kimya üzrə fəlsəfə doktoru, dosent K.Haqverdiyev, BDU-nun dissertantı İ.Tağıyev və başqaları mövzu ətrafında çıxış etdilər.
Konfransda 5 bölmə üzrə
112 məruzənin müzakirəsi
planlaşdırılmışdır.
Konfrans öz işini müxtəlif bölmələr
üzrə davam etdirir.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.13.