Paytaxt məktəblərində reydlər keçirildi
Noyabrın
23-də Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin təşəbbüsü,
teleradio və media nümayəndələrinin
iştirakı ilə
paytaxtın 11 rayonundakı
ümumtəhsil məktəblərində
reydlər keçirildi.
Reydlərdə məqsəd
təhsil ocaqlarında
məktəbli formasından
istifadə edilməsi
vəziyyətini və
davamiyyəti yoxlamaq idi. Reydlər paytaxtın 11 rayonunda eyni vaxtda keçirildi.
Bizim də daxil olduğumuz monitorinq qrupu reydə Xətai rayonundakı 27 nömrəli orta məktəbdən başladı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Uğurlu Abbasovun da iştirak etdiyi reyddə şagirdlərin vahid məktəbli formasına və davamiyyətə riayət olunması yoxlandı. Buradakı vəziyyəti qənaətbəxş hesab etmək olardı. Belə ki, ibtidai siniflərdə istər vahid məktəbli forması, istərsə də davamiyyət normal vəziyyətdə idi.
Sonra 55 nömrəli məktəbə yollandıq. 1900-cü ildən istifadədə olan məktəbin sinif otaqlarında ümumi səliqə-sahman var idi. Vahid məktəbli formasına əməl olunurdu. Aşağı siniflərdə davamiyyət 100% olsa da, X-XI siniflərdə şagirdlərin davamiyyəti 95% idi.
Sözügedən məsələ ilə bağlı 287 nömrəli lZəkalar» liseyində də vəziyyət ürəkaçan idi. Vahid məktəbli formasına tam əməl olunan liseydə, şagirdlərin dərsə davamiyyətini də normal qiymətləndirmək olar. Liseyin tədris binasının kiçik olmasına baxmayaraq, şagirdlərin bilik və bacarıqlarını əks etdirən lövhələr təqdirəlayiq idi.
95 nömrəli orta
məktəbə baxış
zamanı ibtidai sinif şagirdlərini vahid formada görsək
də, yuxarı sinif şagirdlərinin bəzilərinin dərs zamanı gödəkcədə oturduqlarını
müşahidə etdik.
Məktəbin direktoru Tahir
Süleymanov bunun səbəbini istilik sisteminin tam işlək vəziyyətdə olmaması
ilə əlaqələndirdi.
Sonda qeyd edək ki, xırda nöqsanları nəzərə
almasaq, məktəblərdə
vəziyyətin bu baxımdan normal, istər vahid məktəbli formasının tətbiqi,
istərsə də şagirdlərin dərsə
davamiyyətini qənaətbəxş
hesab etmək olar.
Niyazi RƏHİMOV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.12.