Kürdəmirin Carlı kəndində yeni
məktəb binası istifadəyə
verilib
Bu ilin aprel-may aylarında Kürdə suyun səviyyəsinin qalxması
və qrunt sularının üzə
çıxması nəticəsində
Kürdəmir rayonundakı
Carlı kənd orta məktəbi uçmuşdu.
Respublika Fövqəladə Hallar Nazirliyinin keçirdiyi baxışdan sonra "İntelligent qrup" MMC avqust ayında burada 220 şagird yerlik yeni məktəb
binasının tikintisinə
başlamışdı. Artıq
binanın tikintisi başa çatmışdır.
AzərTAc xəbər verir ki, oktyabrın 20-də yeni məktəb binasının açılış
mərasimi keçirilmişdir. Rayon mərkəzindən və
Fövqəladə Hallar
Nazirliyindən gəlmiş
qonaqların iştirak
etdikləri tədbirdə
məktəbin direktoru
Gülməmməd Eyvazov
müasir üslubda tikilən və tədrisin yüksək səviyyədə təşkili
üçün hər
cür şərait yaradılmış yeni binaya görə rayon rəhbərliyinə, nazirliyə
və inşaatçılara
minnətdarlığını bildirmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Fəxrəddin
Məlikov Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, o cümlədən
Kürdəmirdə sosial-iqtisadi
sahələrdə qazanılan
uğurlardan, həyata
keçirilən yeni layihələrdən, təbii
fəlakətin nəticələrinin
aradan qaldırılması
istiqamətində görülən
işlərdən danışmışdır.
O, qısa müddətdə
tikilib istifadəyə
verilmiş məktəb
binasının kənddə
təhsilin yüksək
səviyyədə təşkilinə
imkan verəcəyini bildirmiş, müəllim
və şagirdlərə
uğurlar arzulamışdır.
Fövqəladə Hallar Nazirliyinin idarə rəisi İbrahim Quliyev çıxış etmişdir.
Axırda rəmzi
qırmızı lent kəsilmiş,
qonaqlar sinif otaqları və fənn kabinetlərini gəzmiş, yaradılmış
şəraitlə
Azərbaycan müəllimi.- 2010.-
26 noyabr.- S.13.