Şeir müsabiqəsinə yekun vurulub

 

 Masallı rayonu C.Kazımov adına Qodman kənd orta məktəbində şagirdlər arasında şeir müsabiqəsi keçirilmişdir. Şagirdlər Azərbaycanın görkəmli şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün şeirləri ilə yanaşı, həmkəndliləri Azad Talışoğlu, Zülfüqar Qodmanlı, Nurəddin Mansur Fəxrəddin Ziyanın da şeirlərindən nümunələrlə çıxış etmişlər. Müsabiqənin sonunda münsiflər heyəti şeirləri daha gözəl ifa edən şagirdləri müəyyənləşdirmiş qalibləri elan etmişdir.

Məktəbin IX sinif şagirdi Şəhla Baxışova müsabiqənin qalibi olmuşdur. X sinif şagirdləri Sevinc Əzimova Mehriban Şirxanlı II-III yerlərə layiq görülmüşlər. Qaliblər rayon üzrə keçiriləcək şeir müsabiqəsində iştirak etmək hüququ qazanmışlar.

Müsabiqənin sonunda istedadlı şagirdlər məktəb rəhbərliyi tərəfindən diplom fəxri fərmanlarla təltif olunmuşlar. Məktəbin I sinif şagirdi, dərs əlaçısı Fidan Heydərova, IX sinif şagirdi Fidan Qədirzadə digərləri çıxışları ilə tədbir iştirakçılarının rəğbətini qazanmışlar.

 

Bəhram YAQUBOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.13.