Məktəbdə yaradıcılıq gecəsi
Noyabrın 25-də
Bakıdakı 151 nömrəli orta məktəbdə şairə
Kəmalə Abıyeva ilə
görüş keçirildi. Tədbirdə məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Solmaz
Süleymanova qabaqcıl təhsil işcisi Kəmalə
Abıyevanın həyat və yaradıcılığından
geniş söhbət açdı.
Tədbirin
aparıcıları şairin 31 nömrəli məktəbdəki
35 illik pedaqoji fəaliyyəti haqqında məlumat verdilər.
Şagirdlər Kəmalə Abıyevanın şeirlərindən
parçalar söylədilər. Şairə ilk
yaradıcılıq nümunəsi olan "Müəllim"
şeiri haqqında tədbir iştirakçılarına məlumat
verdi.
Çıxış edən
qonaqlar da K.Abıyeva
poeziyası haqqında geniş danışdılar.
Məktəbin 10-cu sinif
şagirdi Fatimə Şirəliyevanın ifasında "Məktəb
illəri" mahnısı tədbir
iştirakçıları tərəfindən böyük
maraqla qaşılandı.
Tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirən Kəmalə Abıyeva məktəb kollektivi ilə görüşdən məmnun olduğunu bildirdi. Şagirdlərə isə dərslərində uğurlar arzuladı.
R.ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.18.