"Şimal-Şərqi Azərbaycanın

 maddi mədəniyyəti"

 

Şimal-Şərqi Azərbaycan digər etnoqrafik bölgələrdən bununla fərqlənir ki, bu bölgədə başqa rayonlarda rast gəlinməyən etnoslar məskunlaşıblar, yaxud başqa yerlərdə nadir hallarda rast gəlinən etnoslar bu yerdə tarixin müxtəlif zamanlarında yurd-yuva salıblar.

 

Bu məskunlaşma "maddi mədəniyyətlərdə spesifik xüsusiyyətlərin təsirini xeyli dərəcədə gücləndirmiş, etnik özünəməxsusluğun izlərini kifayət qədər möhkəm qoruyub saxlamışdır". Şimal-Şərqi Azərbaycan ərazisinin tarixi mədəniyyət nümunələrinin hərtərəfli öyrənilməsi ona görə aktualdır ki, burada "müxtəlif etnik köklərdən baş alıb gələn mədəniyyət ünsürlərinin qarşılıqlı təmas təsiri nəticəsində...Emaddi mədəniyyətin sintezi baş vermiş, mədəni-tarixi qovuşma prosesi getmişdir". Bu məsələləri dissertasiya şəklində araşdırmış tarix elmləri namizədi, dosent Əmirxan İsayev geniş ictimaiyyətin, tarix fakültəsi tələbələri magistrantların ehtiyacını nəzərə alaraq 16 çap vərəqi həcmində "Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti" (tarixi-etnoqrafik tədqiqat) adlı monoqrafiya (Bakı-2010) nəşr etdirmişdir. (Elmi redaktorlar tarix elmləri doktorları, professorlar Ş.Səlimov   N.Quliyeva, rəyçilər tarix elmləri namizədləri, dosentlər N.Cəfərov K.Məmmədovdur).

Kitabın girişində müəllif mövzunun aktuallığını əsaslandırmış, bu sahədəki araşdırmalara münasibətini bildirmişdir. Monoqrafiyanın sonrakı səhifələrində Şimal-Şərqi Azərbaycanın etnik tarixinə nəzər salınmış, bölgənin müasir etnik durumu təhlil edilmişdir.

İkinci fəsildə müəllif məskənlər evlər məsələsini yaşayış məskənləri, məskunlaşmaya təsir edən amillər; həyətlər, yaşayış evləri yarım bölmələrində zəngin faktlar əsasında təsvir tədqiq etmişdir. Bu fəsildə daş evlər, ağac evlər, kərtmə (dərbəndi) evlərdən söhbət açılmış, təsərrüfat tikililərinə ayrıca səhifələr həsr olunmuşdur.

Əsərdə maraqla oxunan, zəngin informasiyalı məsələlər "Geyim bəzəklər" adlı üçüncü fəsildə tarixi-etnoqrafik faktlara istinad edilməklə qələmə alınmışdır.

Dördüncü fəsil yeməklər içkilər haqqında tarixi-etnoqrafik mövzuya həsr olunmuşdur. Monoqrafiya geniş nəticə ilə sona çatır.

Çoxsaylı ədəbiyyatdan istifadə yolu ilə hazırlanmış kitabın sonunda verilmiş şəkillər nəzəri-tarixi etnoqrafik materialların dərk olunmasında əyani faktlar kimi dəyərlidir.

 

Ş.MƏMMƏDOV

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.18.