İnformasiya texnologiyalarının

tətbiqinə həsr olunmuş "dəyirmi masa"

 

Kişinyov şəhərində Avropa Birliyinin təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"da  "eTwininq platforması: məktəblər üçün birlik", "eTwininq: XXI əsrin  pedaqogikası", "Müəllimlərin eTwininq çərçivəsində peşəkar inkişafı", "İnternet - təhlükəsizlik" s. mövzular geniş müzakirə olunub. "2008-2012-ci illərdə  Azərbaycan Respublikasında  təhsil sisteminin informasiyalaşdırılması üzrə  Dövlət Proqramı" çərçivəsində  ölkəmizi  bu tədbirdə  Təhsil Nazirliyinin  Təhsil  Sisteminin İnformasiyalaşdırılması  İdarəsinin treninq monitorinq şöbəsinin müdiri  Ramil Süleymanov, Bakı Avropa Liseyinin  direktor  müavini Rəhilə Əliyarzadə, Rabitə İnformasiya Texnologiyaları  Nazirliyinin  İnformasiya  cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi  Etibar Umudov təmsil ediblər.

Proqram Avropa ölkələrinin  məktəbləri üçün vahid bir İnternet-platformada  ünsiyyət qurmaq üçün planlaşdırılıb. Proqram çərçivəsində yaradılmış İnternet-portal vasitəsilə  müxtəlif ölkələrin məktəbliləri ünsiyyət qurur, bir-birlərinə mədəniyyətləri, tarixləri digər sahələri haqqında məlumat verə bilirlər. Proqram  artıq 5 ildir ki, reallaşdırılır bu müddət ərzində  müxtəlif ölkələrin minlərlə müəllim məktəblisi arasında virtual ünsiyyət yaranıb.

 

S.SƏFƏROVA

         Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.23.