"Təbiət uşaqların
gözü ilə"
mövzusunda
sərgi keçirilib
Evsiz Heyvanların Müdafiəsi
İctimai Birliyi 60 nömrəli orta məktəblə birlikdə
"Təbiət uşaqların
gözü ilə"
mövzusunda uşaqların
əl işlərindən
ibarət sərgi keçiribdir. Burada rəsmlər, yağlı
boya ilə kətan üzərində
çəkilmiş tablolar,
əl işləri, hətta heyvan və bitkilərin təsvir edildiyi bütöv maketlər nümayiş olundu.
Sərgidə "Vəfalı
dost" heyvanlar üçün
özəl baytarlıq
klinikası - mini sığınacaqdan
gətirilən heyvanları
gördükdə uşaqların
sevincinin həddi-hüdudu
yox idi. Bu,
yalnız uşaqların
deyil, həm də sərgiyə həvəslə baxan müəllim və valideynlərin böyük
marağına səbəb
oldu.
Sərgini keçirmək
üçün razılıq
verən 60 nömrəli
məktəbin direktoru
Həqiqət Qarayevaya,
uşaqlar ilə apardığı işə
və köməyə
görə rəsm müəllimi Vəfa İsmayılovaya, ingilis dili müəllimi Nüşabə Baxşıyevaya
öz dərin minnətdarlığımızı bildiririk.
Gəlin uşaqlara
ətraf mühiti, təbiəti sevməyi öyrədək!
Ceyran QULUZADƏ
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.23.