Microsoft "BakuTel 2010"
sərgisində geniş şəkildə
təqdim olunur
"Microsoft Azərbaycan" şirkəti BakuTel 2010 Azərbaycan Beynəlxalq
"Telekommunikasiya və
İnformasiya Texnologiyaları"
sərgisində "Xalq
kompüteri" layihəsini
təqdim etdi. Layihə "Hər ailə üçün kompüter" şüarı
altında həyata keçirilir və artıq on min adam
layihə çərçivəsində
güzəştli şərtlərlə
kompüter əldə
etmişdir.
"Xalq kompüteri" - sadəcə kompüter deyil, məhz tədris üçün nəzərdə tutulmuş hazır məhsuldur. Layihə proqram təminatı və avadanlıq sahəsində dünya liderləri - Microsoft və HP tərəfindən təqdim olunur. "Microsoft Azərbaycan" şirkətinin baş meneceri Teymur Axundov bildirdi ki, Microsoft, eyni zamanda böyüyən nəslə daha tez və effektiv şəkildə informasiya texnologiyalarının fəal istifadəçisinə çevrilməyə yardım edən çoxlu sayda tədris proqramlarını təqdim edir.
BakuTel sərgisində həmçinin
Azərbaycan üçün
lokallaşdırılmış Microsoft
Windows 7 əməliyyat sisteminin
təqdimatı keçirildi. Microsoft
korporasiyasının təşəbbüsü
olan lokallaşdırma
layihəsi şirkət
tərəfindən maliyyələşdirilmişdir.
Windows
7-nin lokallaşdırılması nəticəsində Microsoft
məhsullarında istifadə
olunan əmr və sözlərdən ibarət Azərbaycan lügəti (Glossary) yaradılmış, interfeys
Azərbaycan dilinə
tərcümə edilmiş
(Language interface pack), həmçinin Microsoft-un lokallaşdırılmış
məhsullarında istifadəsi
tövsiyə edilməyən
söz və ifadələr siyahısı
yaradılmışdır (Azeri Policheck). Lokallaşdırma zamanı
Azərbaycan dilinin bütün qaydalarına riayət edilib.
Görülmüş işlər nəticəsində
Microsoft korporasiyası xüsusi
dil paketini - Language
Interface Pack (LIP) təqdim edir. Sözügedən paketin ingilis dilində olan əməliyyat sisteminin üstündən yüklənməsi
Microsoft Windows 7-ni Azərbaycan interfeysilə istifadə etməyə imkan verir.
Bundan əlavə, BakuTel sərgisində Azərbaycanda
ilk dəfə Microsoft Office 2010 paketi təqdim olunur.
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.-S.21.