Kollegiya qərarının icrası barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
"2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" Təhsil Nazirliyinin 01.05.2010-cu il tarixli Kollegiya qərarının icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. "2009-2010-cu dərs ilində IX və XI siniflərdə mərkəzləşdirilmiş qaydada keçirilmiş yoxlama imtahanlarının nəticələri və buraxılış imtahanlarına hazırlıq haqqında" arayış nəzərə alınsın (əlavə olunur).
2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müvafiq rayon (şəhər) təhsil şöbələrinin müdirləri ilə birlikdə:
2.1. Yoxlama imtahanlarının nəticələrini və buraxılış imtahanlarına hazırlıqla bağlı qarşıda duran vəzifələri rayon (şəhər) təhsil şöbələrinin təhsilyanı şura iclaslarında geniş müzakirə etsinlər, nəticələri aşağı olmuş məktəblərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görsünlər;
2.2. Yoxlama imtahanlarında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilməklə bu vəziyyətin davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxsınlar;
2.3. Çoxsaylı şagirdləri yoxlama imtahanlarında iştirak
etməyən, həmçinin məktəbdən xaric edilmiş məktəblərdə bunun
başvermə səbəblərini araşdırsınlar,
nəticəsindən asılı olaraq, məktəb rəhbərləri haqqında müvafiq
tədbirlər görsünlər və Təhsil Nazirliyinə
hesabat təqdim etsinlər.
3.
Monitorinq və qiymətləndirmə şöbəsi
(T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat
sistemləri şöbəsi (İ.Sadıqov) 2009-2010-cu dərs
ilində ümumi orta və tam orta təhsil səviyyələri
üzrə buraxılış sinif şagirdləri və
imtahan nəzarətçiləri haqqında müvafiq baza məlumatlarının
dəqiqləşdirilməsini həyata keçirsinlər.
4.
Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva)
və Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi (F.Qədirov)
buraxılış imtahanlarının keçirilməsi
üçün zəruri fəaliyyətlərin və təşkilati
mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə
bağlı təkliflər hazırlasınlar.
5.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi
(M.Əliyev) və bütün rayon (şəhər) təhsil
şöbələri ümumi orta və tam orta təhsil səviyyələri
üzrə buraxılış imtahanlarının
keçirildiyi günədək məktəb rəhbərlərinin,
müəllimlərin, şagirdlərin və valideynlərin
mütəmadi olaraq maarifləndirilməsi işini təşkil
etsinlər.
6.
Kənd rayonları üzrə ümumi təhsil şöbəsi
(A.Əhmədov), Texniki peşə təhsili şöbəsi
(N.Məmmədov) nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsi üçün şəhər
(rayon) təhsil şöbələrinə, peşə liseylərinə
lazımi köməklik göstərsinlər.
7.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ümumi orta və
tam orta təhsil səviyyələri üzrə
buraxılış imtahan materiallarının çap
olunması ilə bağlı smeta sənədlərinin
hazırlanmasını təmin etsin.
8.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
(N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi
(M.Əliyev), bütün rayon (şəhər) təhsil
şöbələri:
8.1. Ümumi orta və
tam orta təhsil səviyyələri üzrə yoxlama
imtahanlarında öz vəzifələrinə məsuliyyətlə
yanaşmış aşağıda adları qeyd olunan nəzarətçi
müəllimlərə mövcud qanunvericiliyə uyğun təşəkkür
verilməsinin təmin olunmasını rəsmiləşdirsinlər:
1. İsmayılova
İlhamə Ramazan qızı - Zaqatala rayonu Tala kənd 4
nömrəli orta məktəbin müəllimi.
2. Qurbanova Qəndaf
İbadulla qızı - Zaqatala rayonu Qazangül kənd orta məktəbinin
müəllimi.
3. Üzdənova
Rübabə Pənah qızı - Qusar şəhər 4
nömrəli orta məktəbin müəllimi.
4. Mənsimov Murad Qəhrəman
oğlu - İmişli rayonu Qızılkənd kənd orta məktəbinin
müəllimi.
5. Rəsulova Əminə
Aslan qızı - Neftçala şəhər 1 nömrəli
orta məktəbin müəllimi .
6. Həsənova
Könül Seyran qızı - Neftçala şəhər 2
nömrəli orta məktəbin müəllimi.
7. Əsgərova
İlhamə Rabil qızı - Neftçala rayonu Həsənabad
qəsəbə orta məktəbinin müəllimi.
8. Camalov Fərid Eynulla
oğlu - Quba şəhər 2 nömrəli orta məktəbin
müəllimi.
9. Nöhbabayev Murad Hikmət
oğlu - Quba peşə liseyinin müəllimi.
10. Məmmədov Azad
Elçin oğlu - Quba peşə liseyinin müəllimi.
11.Hacıyev Rüfət
Malik oğlu - Quba rayonu Təngəaltı kənd orta məktəbinin
müəllimi.
8.2. İmtahan prosesində
öz vəzifələrinə məsuliyyətsiz
yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri
üçün adları aşağıda qeyd olunan məktəb
rəhbərlərinə mövcud qanunvericiliyə uyğun
intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli
töhmət verilməsinin təmin olunmasını rəsmiləşdirsinlər:
· Rüstəmova Xuraman
Müzəffər qızı - Beyləqan şəhər 3
nömrəli orta məktəbin direktoru.
· Əhmədov Əli Əhməd
oğlu - Ağcabədi şəhər 4 nömrəli orta məktəbin
direktoru.
8.3. İmtahan prosesində
öz vəzifələrinə məsuliyyətsiz
yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri
üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə
mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla
şiddətli töhmət verilməsinin təmin
olunmasını rəsmiləşdirsinlər:
1. Cəlalova Aytəkin
Bayram qızı - Kəlbəcər rayonu 28 nömrəli
orta məktəbin müəllimi.
2. Ərəbova Nərmin
Vaqif qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta
məktəbin müəllimi.
3. Zeynalova Kifayət
Qurban qızı - Zaqatala rayonu Tala kənd 3 nömrəli orta
məktəbin müəllimi.
4. Həsənova Xatirə
Lətif qızı - Zaqatala şəhər 3 nömrəli
orta məktəbin müəllimi.
5. Əliyeva Zarema Fazil
qızı - Qusar şəhər 4 nömrəli orta məktəbin
müəllimi.
6. Əliyeva Dürrə
Bəbir qızı - Ağcabədi şəhər 11
nömrəli orta məktəbin müəllimi.
7. Kərimova
Gülşən Muxtar qızı - Ağcabədi şəhər
12 nömrəli orta məktəbin müəllimi.
8. Yusifova Mətanət Qədir qızı - Ağcabədi
rayonu Kəbirli kənd orta məktəbinin müəllimi.
9. Əhmədova Reyhan Məhəmməd
qızı - Ağcabədi rayonu Şərəfxanlı kənd
orta məktəbinin müəllimi.
10. Abuzərov Mehman
Canyar oğlu - Qobustan rayonu Sündü kənd orta məktəbinin
müəllimi.
11. Əzizov Babagözəl
Zərbalı oğlu - Qobustan rayonu Ərəbşalbaş kənd
orta məktəbinin müəllimi.
12. Osmanov Hacıbaba Əlfağa
oğlu - Qobustan rayonu Çalov kənd orta məktəbinin
müəllimi.
13. Əmrahov Fikrət Əmirxan
oğlu - Qobustan rayonu Poladlı kənd orta məktəbinin
müəllimi.
9. Əmrin
çoxaldılıb yerlərə göndərilməsi
Ümumi şöbəyə (A.Nəbiyev)
tapşırılsın.
10.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını təmin etsin.
11.
Əmrin icrasına nəzarəti öz üzərimdə
saxlayıram.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
14 sentyabr 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.2.