Yeniyetmələr arasında açıq respublika birinciliyi

 

Sentyabrın 20-dən 25-dək "Təhsil" Respublika İdman Mərkəzində 1995-1996-cı il təvəllüdlü  yeniyetmələr arasında boks üzrə  açıq respublika birinciliyi keçirilib. Yarışda respublikanın şəhər rayonlarından ümumilikdə 19 komanda tərkibində 14 çəki dərəcəsi üzrə 140 idmançı iştirak edib.

Yarışın rəsmi açılış mərasimində "Təhsil" Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov çıxış edərək idmançılara yarışlarda uğurlar arzulayıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra yarışlara start verildi. Sentyabrın 25-də yekunlaşan açıq respublika birinciliyində müvafiq çəki dərəcələrində uğurlar qazanan idmançılar diplomlarla, medallarla təltif olundular.

 

 

RƏŞAD

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.8.