Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar

 

Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulublar. AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bununla əlaqədar bildirdi ki, 300 təhsil müəssisəsi Bakı Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçiririk. Buna bütün kompüter proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun kabinetini, müəllimlər otağını kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırır  qoşulmanı təmin edirik. S.Abbasov onu da əlavə etdi ki, 2010-cu ilin sonunadək AZEDUNET-ə daha 500 təhsil müəssisəsi qoşulacaqdır. Bu müəssisələr 50-dən çox şəhər şəhərətrafı qəsəbəni əhatə edəcək. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.1.