Fransalı alimlə görüş

 

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun RAMSES proqramının rəhbəri, Paris Siyasi Elmlər İnstitutunun mühazirəçisi, keçmiş diplomat Filipp Moro Defarj Bakı Dövlət Universitetində olub. Qonaq öncə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Elxan Hüseynov tərəfindən qəbul edilib. Görüşdə Fransa-Azərbaycan münasibətlərindən danışılıb, əsasən Azərbaycan dilinin Fransada təbliği məsələsinə toxunulub.

Beynəlxalq münasibətlər fakültəsi tələbələrinin iştirakı ilə davam edən görüşdə Fransa Azərbaycan arasında siyasi, iqtisadi, mədəni elmi sahələrdəki əlaqələrdən bəhs edilib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tanınmış diplomatın "Geopolitikaya giriş" kitabının təqdimat mərasimi görüş iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.  Filipp Moro Defarj tələbələri maraqlandıran çoxsaylı suallara cavablar verib.

Sonda prorektor Elxan Hüseynov qonağa universitetin xatirə medalını bukletini təqdim edib. 

 

 

Pərvanə İBRAHİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.1.