"Üzeyir
ömrü" filmi
maraqla qarşılandı
Dahi bəstəkar Üzeyir
Hacıbəylinin 125 illik yubileyi
münasibətilə Azərbaycan Müəllimlər İnstitutunda tədbir keçirildi.
İnstitutun professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə AMİ-nin rektoru, professor A.Naxçıvanlı açaraq bildirdi ki, bu il nəinki Azərbaycanın, bütün Şərq dünyasının dahi bəstəkarı, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müstəqil Azərbaycan Respublikası himninin musiqisinin müəllifi kimi tanınmış bir şəxsiyyətin - Üzeyir Hacıbəylinin yubiley ilidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il fevralın 23-də xüsusi bir sənəd - "Üzeyir Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. Bu dahi şəxsiyyətin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayır.
Rektor tədbiri açıq elan etdikdən sonra tələbələrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
İnstitutun musiqi müəllimi Şəhla Quliyeva Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış etdi.
Tədbirdə dahi bəstəkara həsr olunmuş rejissoru və ssenari müəllifi, yazıçı Anar olan "Üzeyir ömrü" filminin nümayişi maraqla qarşılandı.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 1 oktyabr.- S.8.