ATU-nun 80 illik yubileyi
qeyd edildi
Oktyabrın 5-də Azərbaycan Tibb Universitetində bu təhsil ocağının
80 illik yübileyinə
həsr olunmuş təntənəli mərasim
keçirildi. Tədbirdə nazirlər, millət vəkilləri, diplomatik korpusun nümayəndələri,
ali məktəblərin
rektorları, tanınmış
alimlər, ATU-nun professor-müəllim
heyəti, tələbələr
və KİV təmsilçiləri
iştirak edirdilər.
Mərasimdən əvvəl qonaqlar ümummilli liderimiz Heydər Əliyevin universitetin foyesindəki büstü önünə
tər çiçəklər
düzdülər və
onun xatirəsini ehtiramla yad etdilər.
Yubiley mərasimi Azərbaycan Respublikası Dövlət
himninin səslənməsi
ilə açıldı.
Sonra çıxış üçün
söz səhiyyə naziri Oqtay Şirəliyevə
verildi. Səhiyyə naziri universitetin
kollektivini yubiley münasibətilə təbrik
edərək onlara işlərində uğurlar,
şəxsi həyatlarında
cansağlığı və
xoşbəxtlik arzuladı.
Oqtay Şirəliyev çıxışında ötən
illər ərzində
respublikamızda təbabətin
ən müxtəlif sahələrində yüksək
hazırlığa malik
kadrların yetişdirilməsində
və mötəbər
elmi mərkəz kimi tədqiqatların aparılmasında ATU-nun əhəmiyyətli
rolundan bəhs etdi və bu
universitetin milli səhiyyənin inkişafına
verdiyi layiqli töhfələrdən söz
açdı.
Sonra Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin 20 sentyabr 2010-cu
il tarixli sərəncamları ilə
universitetin əməkdaşlarına
verilmiş fəxri adların, orden və medalların təqdimatı oldu. Səhiyyə naziri təltif olunanlar adından dövlət başçısına minnətdarlığını
bildirdi.
Dəvəti qəbul
etdiklərinə görə
qonaqlara öz təşəkkürünü bildirən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov rəhbərlik
etdiyi təhsil ocağının inkişaf
tarixini əks etdirən təqdimatı diqqətə çatdırdı. Qeyd olundu ki, hazırda
Azərbaycan Tibb Universiteti ölkəmizdə
tibb, əczaçılıq
və hərbi-tibb kadrlarının hazırlanması,
attestasiyası və ixtisaslarının artırılması
sahəsində fəaliyyət
göstərən ən
iri təhsil müəssisəsidir.
Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov bütün təhsil ictimaiyyəti adından
ATU-nun kollektivini yubiley
münasibətilə təbrik
etdi. Nazir hər bir kəsin
özünün sağlamlığının
qorunması və övladlarının sağlam
böyüməsi üçün
məhz 80 il ərzində şərəfli
inkişaf yolu keçmiş bu universitetə borclu olduğunu qeyd etdi.
Dövlət başçısının
ATU-nun əməkdaşlarının təltif olunması ilə bağlı müvafiq sərəncamlarını
elm, təhsil və səhiyyə sahələrinə
göstərilən xüsusi
qayğının növbəti
təzahürü kimi
qiymətləndirən nazir
cənab Prezidentə təşəkkürünü bildirdi və kollektivin hər bir üzvünün bu şərəfə layiq fəaliyyət göstərməsinin, öz
işinə daha məsuliyyətlə yanaşmasının
zəruriliyini vurğuladı.
Misir Mərdanov
universitetin əməkdaşlarından
bir qrupunun Azərbaycan Respublikası
Təhsil Nazirliyinin yüksək mükafatlarına
layiq görüldüyünü
bildirdi.
Yubiley mərasimində
çıxış edən
AMEA-nın prezidenti
Mahmud Kərimov, Səhiyyə
İşçiləri Həmkarlar
İttifaqı Respublika
Komitəsinin sədri
Emin Əfəndiyev, Almaniyanın Axen Universitetinin Himayədarlar
Şurasının sədri,
psixiatriya Assosiasiyasının
prezidenti Frank Şnayder,
Azərbaycan Dövlət
Neft Akademiyasının
rektoru Siyavuş Qarayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev
və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov
Azərbaycan Tibb Universitetinin professor-müəllim
heyəti və tələbələrini yubiley
münasibətilə təbrik
edərək onlara gələcək fəaliyyətlərində
uğurlar arzuladılar.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.3.