Rus yazıçısı tələbə və magistrantlara ustad dərsi keçib

 

Oktyabrın 5-də Bakı Slavyan Universitetində Rusiya Yazıçılar İttifaqının Rusiyanın PEN klubunun üzvü, müasir  rus nəsrinin görkəmli nümayəndəsi, şair, esse ustası Boris Timofeyeviç Yevseyevlə görüş keçirildi. Tədbirdə əvvəlcə  yazıçının əsərlərinin təqdimatı oldu. Qeyd edildi ki, bu, B.T.Yevseyevin BSU-ya ilk gəlişi deyildir. 2005-ci  ildə o, "Baran" adlı hekayələr toplusunu, "Romançik" romanını Azərbaycan oxucularına təqdim etmiş və müasir rus ədəbiyyatı haqqında məruzələrlə tələbə    magistrantlar qarşısında çıxış etmişdir.

Budəfəki səfərində isə Boris Timofeyeviç "Nəsrdə   nəzmdə şüurluluq təhtəlşüur (şüursuzluq)" mövzusunda tələbə   magistrantlara ustad dərsi keçdi.

dbirdə yazıçının yaradıcılığı haqqında dəyərli fikir söyləyən BSU-nun rektoru, professor Kamal Abdullayev həm B.T.Yevseyevin  universitetdə bəzi tələbə   magistrantların elmi rəhbəri olduğunu da  diqqətə çatdırdı.

Sonra BSU-nun professoru Flora Hacıyeva, dosent İlahə Carçıyeva, magistrant və tələbələr   yazıçının yaradıcılığı  haqqında danışdılar.

Növbəti gün  universitetdə Boris Timofeyeviç Yevseyevin "Müasir rus nəsrində ədəbi cərəyanlar meyillər" adlı məruzəsi rəğbətlə dinlənildi. 

 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.5.