Beynəlxalq Müəllimlər
Gününə həsr olunmuş tədbir
keçirilib
Oktyabrın 5-də Beynəlxalq Müəllimlər
Günü ilə əlaqədar Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
Gəncliyin Elmi-Mədəni
İnkişafı İctimai
Birliyi (CEMİİB) ilə
birgə hazırlanmış
"Müridlik-müdrikliyin gənclik sədasıdır"
mövzusunda tədbir
keçirildi.
Tədbiri giriş
sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov müəllimləri əlamətdar
gün münasibətilə
təbrik edərək,
onlara gələcək
fəaliyyətlərində uğurlar arzuladı. Professor A.Zamanov çıxışını
ulu öndər Heydər Əliyevin müəllim haqqında söylədiyi fikirlərlə
başlayaraq, bu əlamətdar günün
dünyanın bir çox ölkələrində,
eləcə də respublikamızda keçirilməsini
dövlətimizin müəllimə
olan diqqət və qayğısının
bariz nümunəsi kimi qiymətləndirdi.
Son illər ölkə
Prezidenti cənab İlham Əliyevin təhsilə
və təhsil işçilərinə göstərdiyi
diqqətdən danışan
natiq, təhsil strukturunun yeniləşməsini,
maddi-texniki bazaların
standartlara uyğun səviyyəyə çatdırılmasını
və müəllimlərə
göstərilən qayğını
təqdirəlayiq hal kimi qiymətləndirərək
ölkə başçısına
təşəkkürünü bildirdi. O, təhsil aldığı orta məktəbin müəllimləri
haqqında xoş fikirlər səsləndirərək,
onlarla mütəmadi olaraq əlaqə saxladığını bildirdi.
Sonra söz "Simurq" Azərbaycan Mədəniyyəti
Assosiasiyasının prezidenti,
professor, kulturoloq Fuad Məmmədova verildi. O, Azərbaycan
müəllimləri haqqında
xoş fikirlər səsləndirdi, həmişə
olduğu kimi müasir dövrümüzdə
də müəllimə
böyük ehtiyacın
olduğunu və dövlətin formalaşmasında
müəllimin üzərinə
düşən məsuliyyətin
ciddiliyini vurğuladı.
Bildirildi
ki, müəllim, hər şeydən öncə, yüksək mədəniyyətə, dərin
intellektual biliyə malik olmalı, gələcək nəslin
hərtərəfli formalaşmasına
diqqət yetirməlidir.
Tədbirdə çıxış edən
professor Əbdül Əlizadə
XX əsrin ən böyük müəllimi
ümummilli liderimiz Heydər Əliyevin olduğunu, onun ideyaları əsasında
qurulan müasir dövlətimizin sürətlə
inkişaf etdiyini və bu yolda
müəllimlərin əməyinin
yüksək qiymətləndirildiyini
qeyd etdi. Bildirildi ki,
müəllimlər şagirdlərin
dərin və hərtərəfli bilik almaları, yaşadıqları
dövrün problemlərindən
baş çıxarmaları
üçün bütün
bilik və bacarıqlarını sərf
edirlər. Valideynlə bərabər,
bəlkə də, ondan daha çox
əziyyət çəkmək,
kədəri ilə kədərlənib, sevinci
ilə sevinmək müəllimlərin üzərinə
düşən ağır
və məsuliyyətli
yükdür.
Çıxış edən CEMİİB-nin sədri Sərdar Yusifoğlu əlamətdar
gün münasibətilə
bütün Azərbaycan
müəllimlərini təbrik
edərək, belə
bir şəraitin yaradılmasına görə
institutun rəhbərliyinə
və kollektivinə dərin minnətdarlığını
bildirdi. O, müəllimlərin
qarşısında nitq
söyləməyin çətin
və şərəfli
olduğunu qeyd edərək, müəllim
adını uca tutduğunu və ömrü boyu müəllimlərə borclu
olduğunu bildirdi.
Gənclər və İdman Nazirliyinin məsul işçisi Ramil Məmmədov, institutun Psixologiya kafedrasının
müdiri, psixologiya elmləri namizədi Hökümə Əliyeva
müqəddəs müəllim
əməyindən söz
açdılar.
Çıxışlardan sonra institutun rəhbərliyi fərqlənənlərə müxtəlif
nominasiyalar üzrə
diplom və mükafatlar verdi.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.5.