"Kiçik Akademiya"nın
üzvlərinin sayı artır
Qax şəhərindəki
2 nömrəli məktəb-liseydə 2 ildən
artıqdır ki,fəaliyyət göstərən "Kiçik
Akademiya"nın istedadlı
uşaqların üzə çıxarılmasında böyük rolu vardır. Hazırda
tərkibində 42 nəfər şagirdi birləşdirən
"Kiçik Akademiya"nın üzvləri məktəbdə tez-tez maraqlı tədbirlər keçirir,öz
istedad və bacarıqlarını
nümayiş etdirirlər. Onların "Məktəb zəkalar
səltənətidir" mövzusunda keçirdikləri tədbir pedaqoji kollektivin dərin rəğbətini
qazanıb və məktəb rəhbərliyi
tərəfindən yüksək qiymətləndirilib.
Üzvlərinin sayının günbəgün artması məktəb
şagirdlərinin fəallığına
gözəl nümunədir.
"Akademiya"nın fəaliyyəti
bütövlükdə tədris
ocağının uğurlarına
təkan verir. Bu işdə öyrədənlərin əməyi isə şagird nailiyyətl ilə
nəticələnir.
SİFAİ
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.8.