AMİ-nin bir qrup əməkdaşı Fəxri fərmanla
təltif olundu
Azərbaycan Müəllimlər İnstitutunda 5 oktyabr Beynəlxalq Müəllimlər Günü böyük ruh yüksəkliyi ilə qeyd edildi.
İnstitutun rektoru, professor A.Naxçıvanlı bu münasibətlə professor-müəllim heyətini təbrik etdi və onlara çətin, şərəfli peşələrində uğurlar arzuladı. Bu günün qeyd edilməsi bütövlükdə müəllimlərin fəaliyyətinə verilən yüksək qiymətin və dərin hörmətin ifadəsi kimi qiymətləndirildi.
Tədbirdə institutun bir qrup əməkdaşı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanı ilə təltif olundu.
Azərbaycan müəllimi.-
2010.- 8 oktyabr.- S.5.