Beynəlxalq təhsil yarmarkası
keçirilib
Bakı Təhsil-Məlumat Mərkəzindən
müxbirimizə bildirmişlər
ki, bu qurumun
təşkilatçılığı ilə paytaxtdakı
"Landmark" otelində Beynəlxalq təhsil yarmarkası keçirilib. Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən və Amerika Dövlət Departamenti tərəfindən
dəstəklənən mərkəzin
əsas məqsədi
xaricdə təhsil almaq imkanları haqqında məlumatları yaymaqdır.
Yarmarkada Azərbaycanda təhsillə bağlı olan aparıcı təşkilatlar,
ali məktəblərin tələbələri və
ziyalılar iştirak ediblər. İştirak edən təhsil
müəssisələrinin nümayəndələri öz
proqramları və fəaliyyətləri haqqında məlumat
veriblər. Sonra tədbir iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb, onlara müxtəlif
materiallar və bukletlər paylanıb.
Ş.CƏFƏROV
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.5.