"Dayanıqlı inkişaf və idarəetmə" mövzusunda beynəlxalq konfrans
Lənkəran Dövlət
Universitetində "Dayanıqlı inkişaf və idarəetmə"
mövzusunda beynəlxalq elmi seminar-konfrans
keçirilmişdir. Konfransdan əvvəl
iştirakçılar universitetdə fəaliyyət göstərən
Heydər Əliyev muzeyinin eksponatları ilə tanış
olmuşlar.
Konfransı universitetin
rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi,
professor Asəf İsgəndərov açaraq Azərbaycanın
dayanıqlı inkişafının əsasını təşkil
edən Heydər Əliyev siyasətinin tarixi dövrün yeni
mərhələsində dövlət başçısı
İlham Əliyev tərəfindən uğurla davam etdirilərək
Azərbaycanın inkişaf modelinin
yaradıldığını, bu modelin daim müzakirə
olunduğunu və öyrənildiyini bildirdi.
Lənkəran Şəhər
İcra Hakimiyyəti İctimai-siyasi məsələlər
şöbəsinin müdiri Əlimərdan Əliyev icra
hakimiyyətinin başçısı Tofiq İbrahimovun təbrikini
çatdırdı və konfransın işinə uğurlar
arzuladı.
Konfransda təbiətşünaslığın,
humanitar elmlərin, dövlət idarəçiliyinin,
iqtisadiyyatın dayanıqlı inkişafı ilə bağlı
müasir problemlərə dair məruzələr dinlənildi.
Bu mövzularda çıxış edən Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç,
Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professorları
- fizika-riyaziyyat elmləri doktoru Anatoli Qriqoryeviç Yaqola və
kimya elmləri doktoru Gülnara Marafovna Kuramşina
dayanıqlı inkişaf və dayanıqlı idarəetmənin
müxtəlif elm sahələri tərəfindən tarix boyu
öyrənildiyini bildirməklə yanaşı, həm də
bu tədqiqatların nəzəri və praktik əhəmiyyətini
təhlil etdilər.
Tədbirdə Lənkəran
Şəhər İcra Hakimiyyətinin
başçısı Tofiq İbrahimov, rayon ictimaiyyətinin,
elm, təhsil müəssisələrinin nümayəndələri
iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV
Azərbaycan müəllimi.- 2010.- 8 oktyabr.- S.5.