Quba məzarlığı: faktlar, sənədlər
1917-ci ildə Rusiyada baş vermiş Böyük Oktyabr Sosialist İnqilabının nəticəsində
S.Şaumyanın başçılıq
etdiyi bolşevik-daşnak
Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Böyük
Britaniya hökumətindən
bir milyon qızıl rubl məbləğində ilkin
yardım alan
Stepan Şaumyan Bakıda azərbaycanlılara
qarşı bolşeviklərlə
erməni millətçilərinin
əməkdaşlığını təmin etmişdi. Ötən yüzillikdə
ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
kütləvi qırğınlar,
talanlar artıq öz təsdiqini tapmışdı.
Təkcə tarixi faktlar
və yazılı mənbələr deyil, həm də
bilavasitə hadisələrin törədildiyi ünvanlar bu
soyqırımların gerçəkliyinin danılmaz
olduğuna heç kəsdə şübhə yeri
qoymayıb. Özü də hadisələrin coğrafiyası
yalnız ermənilərin məskunlaşdığı əraziləri
deyil, Azərbaycanın əksər bölgələrini əhatə
edir. Belə ki, Qarabağda, Zəngəzurda, Qubada,
Şuşada, Göyçayda, Şamaxıda, Gəncədə,
Lənkəranda, Naxçıvanda, Neftçalada və digər
ərazilərdə baş vermiş hadisələr, törədilən
qətliamlar tarixi fakt olmaqla artıq öz təsdiqini
çoxdan tapıbdır.
2007-ci ilin aprel ayında Quba şəhərinin şimal-qərb hissəsində, yəni Qudyalçayın sağ sahilində yerləşən stadionun yaxınlığında yenidənqurma işləri aparılarkən kütləvi məzarlıq aşkar edildi. Üstü açılan bu mənzərə hər kəsi dəhşətə gətirdi. Dərhal Azərbaycan MEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verildi. İnstitutun əməkdaşları Qəhrəman Ağayev və Əsgər Əliyev Quba rayonuna ezam edildilər. Onların araşdırmaları tezliklə böyük bir cinayətin üstünü açdı. Aparılan tədqiqatlar göstərdi ki, burada kütləvi qırğın törədilmişdir. 500 kvadrat metr ərazini əhatə edən, dərinliyi 4 və 5 metr olan iki quyudan ibarət bu məzarlıqda ilk dəfə 55 insanın cəsədi ortaya çıxdı. Bu cəsədlərin 24-ü 8-14 yaşlı uşağa aid idi. 23 cəsədin isə qadınlara məxsus olduğu dəqiqləşdirildi.
Aparılan tədqiqatlar zamanı məlum oldu ki, 1918-ci ilin may ayında Bakıda törədilən qırğınlarla yanaşı, bolşeviklərin lideri S.Şaumyanın tapşırığı ilə erməni generalı Amazaspın komandanlığı altında Qubaya xüsusi cəza dəstəsi göndərilib. Həmin dəstə Quba şəhərində 2000-dən artıq günahsız insanı qətlə yetirmişdir. Diri-diri torpağa basdırılan bu insanların günahı yalnız müsəlman, azərbaycanlı olmaları idi.
Qubada tapılan kütləvi məzarlıq indi yalançı erməni soyqırımı barəsində təbliğat aparan ermənilərin həyasızlığını, yalanlarını ifşa edən danılmaz faktlardandır. Ötən ilin sentyabr ayının 18-də Qubaya
səfər etmiş ölkə Prezidenti İlham Əliyev
cənabları həmin məzarlığın yerləşdiyi
ərazini ziyarət etmiş və burada muzey kompleksinin
tikilməsi barədə göstərişlər vermişdi. Artıq bu
istiqamətdə addımlar atılır. Tarixin
bir acı həqiqətini də Azərbaycana
səfər edən turistlərin, tarixçilərin,
bütövlükdə dünya ictimaiyyətinin
diqqətinə çatdırmaq üçün
gərəkli işlər görülür.
Zaman nə qədər dəyişir dəyişsin,
həqiqəti gizlətmək mümkün
deyil. Belə ki, ermənilər
də öz cinayətlərini gizlədə
bilmədilər. Quba məzarlığı
onları bir daha ifşa etdi.
Tarixi mənbələrdən, həmin
dövrün sənədlərindən
məlum olur ki, erməni vəhşiliyi və vandalizmi bolşevizmin böyük dəstəyi
nəticəsində milli
mənəvi dəyərlərimizə
ağır zərbə
vurmuş, respublikamızın
gələcək inkişafını
ləngitmişdir. İnsanlarda
böyük qorxu yaradan bu vəhşilik
haqqında həmin dövrdə Qafqaz İslam Ordusunun əsgərinin qeydlərində
yazılmışdır:
"Ermənilər bu ətrafdakı bütün
müsəlman kəndlərini
yandırmış, əhalisini
qətl və məhv etmişdir. Bu kənd həmd olsun, özünü qurtarmışdır. Burada
ermənilər kişi deyiləcək
heç kimi saxlamamışlar. Hamısını samanlıqlara dolduraraq məhv etmişdir. Bununla yanaşı, bütün
mal-qara və inəkləri güllələmişlər.
Minlərlə mal-qara leşləri
vardır. Bu qətliamı görəndə
qan ağlamamaq mümkün deyil. Unudulmayacaq günlərdir. Vay, zavallı
müsəlmanlar (...) Müsəlmanları
məhv etmək və şərqdə bir erməni hökuməti təşkil
etmək qayəsi ilə məmləkətimizdə
çalışan və
hər gün ixtilal (iğtişaş) çıxaran ermənilərin
müsəlmanlara nə
qədər faciəli
zülmlər etdikləri
və neçə-neçə
müsəlman kənd
və qəsəbələrini
məhv etdikləri məlumdur.
Edilən faciəli zülmlər
təsəvvür edilməz
bir dərəcədədir.
Bir çox müsəlman uşaqların kəllələrini
kəsərək.., bir
çox insanların ciyərlərini çıxararaq
divarlara mıxla vurmuş, bir çox bədəni, əlləri, kəllələri
divarlardan asmışlar.
Artıq
ermənilərin müsəlmanlara
etdikləri zülmlər
haqqında uzun-uzadı
yazmağa lüzum görmürəm. Şərq vilayətlərimizdə
olan müsəlman qardaşlarımız, kəndlilərimiz,
qəsəbəlilərimiz bu böyük zülmlərə şahiddir.
Bunun üçün müsəlmanlar
bu faciəni əbədi olaraq unutmamalıdır".
Belə mənbələrdən
biri də 7 may 1918-ci ildə Bakıya gələn Brandner adlı alman casusunun raportlarıdır.
Həmin raportların
birində ermənilərin
Bakıda və ətraf ərazilərdə
törətdiyi qətliamlar
haqqında aşağıdakı
məlumatlar vardır:
"Bakı və onun ətrafında olan əyalətlər 3 apreldən etibarən bolşeviklərin əlindədir.
Azərilərin Tiflislə
əlaqəsi tam kəsilmiş
vəziyyətdə 400-500 nəfərlik
nizami birlikləri var.
Əksinə, ermənilərin
yanvar ayından bəri bir, bolşeviklərin də iki yarım alay əsgəri
vardı. Qətliam 31 mart günü başladı və 3 aprel günü qurtardı. Təxminən 12 min nəfər öldü. Bəzi evlər yandırıldı,
bəzi evlər də top atəşləri
nəticəsində yox
edildi. Əlimdə ermənilərin qətliam törətdiklərini
sənədləşdirən bəzi fotolar var. Burada bir azəri
soyqırımından söhbət
gedə bilər.
Qaça bilməyən azərilər
evlərində ermənilər
tərəfindən öldürüldülər.
Ermənilər hamilə
ananın qarnındakı
dölləri deşib
çıxarmışlar. Uşaqlar da bu qətliamlarda
nəsibini almışdır.
Bu qətliama görə,
ruslarla ermənilər
arasında bir soyuqluq olduğu nəzərə çarpır...".
Bəli, hələ əsrin əvvəllərində erməni-bolşevik
birləşmələrinin Azərbaycanda apardığı
soyqırımı siyasəti
bir çox xalqların nümayəndələri
tərəfindən nəzərə
çatdırılsa da,
sonralar sovet imperializmi bu vəhşiliklərin üstünü
ört-basdır etmiş,
dünya ictimaiyyətindən
gizlətmişdir. Lakin zaman
həmişə olduğu
kimi, bu gün də gerçəkliklərin üzünü
açmış, ermənilərin
törətdikləri vəhşiliyin
bağlı qalmasına
şərait yaratmamışdır.
Bu gün Quba
məzarlığında tapılan
cəsədlər bunu
bir daha sübut edir.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.24.