Ölkə başçısı tərəfindən təltif olunmuş təhsil işçilərinə mükafatlar təqdim edildi

 

Oktyabrın 9-da Təhsil Nazirliyində Ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində orden medallara, fəxri adlara layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirildi. Mərasim iştirakçılarını səmimi salamlayan təhsil naziri Misir Mərdanov hər il olduğu kimi bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə peşə bayramları ərəfəsində bir qrup təhsil işçisinin orden medallarla, "Əməkdar müəllim" fəxri adı ilə təltif olunduğunu, bu gün məhz həmin  mükafatları sahiblərinə təqdim etmək üçün yığışdıqlarını bildirdi. Təqdimetməyə başlanmazdan əvvəl nazir Azərbaycanın tanınmış müəllimi təhsil təşkilatçısı, uzun illər təhsilimizə fədakarlıqla xidmət etmiş respublikanın əməkdar müəllimi Aliyə Təhmasibin bu günlərdə fəxri təqaüdə yola salındığını, bu münasibətlə 132-134 nömrəli təhsil kompleksində təsirli bir yolasalma mərasimi keçirildiyini xatırlatdı. Fəxri təqaüdə çıxması ilə əlaqədar Aliyə Təhmasibi təbrik edən nazir onun zəngin bioqrafiyasının bəzi məqamlarını diqqətə çatdırdı. Qeyd etdi ki, bütün həyatını Azərbaycan təhsilinin inkişafına həsr etmiş Aliyə Təhmasib Azərbaycan təhsilinin adını daim uca edən insanlardandır. Nazir işlədiyim son 13 ildə Aliyə Təhmasib haqqında yalnız müsbət fikirlər eşitmişəm.

Aliyə xanımın rəhbərlik etdiyi kollektivdə pedaqoji ictimaiyyət arasında böyük hörmət nüfuz sahibi olduğunu vurğulayan nazir onun hələ sovet dönəmində SSRİ Azərbaycan SSR ali sovetlərinin deputatı seçildiyini, bir sıra dövlət təltifləri ilə mükafatlandırıldığını, 2007-ci ildə cənab Prezidentin sərəncamı ilə fəxri Prezident təqaüdünə layiq görüldüyünü bildirdi. Nazir yolasalma mərasimində yenidən qurulduqdan sonra istifadəyə verilmiş 132-134 nömrəli təhsil kompleksinin fəxri direktoru seçilmiş Aliyə Təhmasibin bundan sonra da təhsil ocağı ilə sıx əlaqə saxlayacağına umidvar olduğunu ifadə etdi. Misir Mərdanov A.Təhmasibə Təhsil Nazirliyinin təbrik məktubunu gül dəstəsini təqdim etdi, ona uzun ömür cansağlığı arzuladı.

Sonra təltiflərin təqdimatı başlandı. Nazir öncə Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədovu təbrik edib mükafatı ona təqdim etdi. Y.Məmmədovu Azərbaycanın böyük riyaziyyatçısı kimi dəyərləndirən təhsil naziri onun ADPU-ya rektor təyin olunduqdan sonra burada gördüyü işlərdən, həmin işlərin nəticəsində qısa müddət ərzində universitetdə yaranmış müsbət dönüşdən söz açdı.

Daha sonra Ölkə Prezidentinin 4 oktyabr 2010-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüş Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov, 289 nömrəli orta məktəb - "Zəngi" liseyinin direktoru Bayram Heydərova mükafatlar təqdim olundu. Nazir B.Heydərovun ümumi təhsil sistemində çalışanlar arasında bu cür yüksək mükafata layiq görülmüş 4-cü adam olduğunu, təltifləri möhtərəm Prezidentimizin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirdiklərini nəzərə çatdırdı və bütün bunlara görə təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirdi.

Nazir qeyd etdi ki, Ölkə Prezidentinin sərəncamları ilə Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 73 təhsil işçisi "Tərəqqi", 3 nəfər "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunub, 70 nəfərə "Əməkdar müəllim" fəxri adı verilib.

Təltif olunanlara mükafatlar təqdim edildi. Sonra xatirə şəkli çəkdirildi.

Təltif olunanlardan bir neçəsi çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.4.