"Narkomaniya
ağ ölümdür" adlı
elmi-praktik konfrans
Naxçıvan Dövlət
Universitetində "Narkomaniya
ağ ölümdür"
adlı elmi-praktik konfrans keçirildi.
Naxçıvan Muxtar Respublikasının Gənclər
və İdman, Daxili İşlər, Ədliyyə və Səhiyyə nazirlikləri
ilə birgə təşkil olunan tədbiri giriş sözü ilə Tibb fakültəsinin dekanı, pedaqoji elmlər namizədi Bəhruz Məmmədov açaraq narkomaniyanın
bəşəri bəla
olmasından danışdı,
gəncləri narkomaniyaya
qarşı yekdil mübarizəyə səslədi.
Naxçıvan MR Gənclər
və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin baş
məsləhətçisi Zəkiyyə Hacıyeva məruzəsində narkomaniyanın
cəmiyyət üçün
törətdiyi dəhşətli
təhlükələrdən, gənclərin fiziki və mənəvi cəhətdən sağlam
tərbiyə olunması,
asudə vaxtlarının səmərəli
təşkili məqsədilə
görülən çoxsaylı
tədbirlərdən söz
açdı.
Naxçıvan MR Daxili
İşlər Nazirliyinin
Narkomaniya ilə mübarizə şöbəsinin
baş əməliyyat
müvəkkili, polis kapitanı
Vüsal Novruzovun
"Narkomaniya və cəmiyyət", Naxçıvan
MR Ədliyyə Nazirliyinin
Qanunvericilik şöbəsinin
rəisi, kiçik ədliyyə müşaviri
Ayaz Məhərrəmovun
"Narkomaniyaya qarşı
mübarizə tədbirləri
haqqında", Naxçıvan
MR Səhiyyə Nazirliyinin
Psixi xəstəliklər
dispanserinin baş həkimi Rəşadət
Nabatovun "Narkomaniyanın
tibbi aspektdən törətdiyi fəsadlar
və buna qarşı aparılan mübarizə metodları"
mövzusunda məruzələri
dinlənildi.
Konfrans maraqlı diskussiya şəraitində sona çatdı.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.24.