İkiqat Azərbaycan və Avropa çempionu
Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər
Şahmat- Dama Məktəbinin 8 yaşlı
yetirməsi
Abdulla Qədimbəyli Bakıdakı 287 nömrəli
"Zəkalar" liseyinin
III sinif şagirdi, dərs əlaçısıdır.
Hələ 4 yaşında
idmanın şahmat
növünə
maraq göstərən
Abdulla, artıq 5
yaşında olarkən
şahmat yarışlarında
iştirak edib, çoxlu kubok və medallar qazanıb. 2007-ci ildə məktəbdə
keçirilən şahmat
yarışında I, Bakı birinciliyində
II, 2008-ci il Azərbaycan
birinciliyində III, "Bilik
günü"nə həsr
olunmuş şahmat yarışlarında II, 2009-cu il
Gəncədə I Beynəlxalq uşaq şahmat festivalında I, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş yarışda I,
"Bakı Open-2009" uşaq
şahmat turnirində
I yerləri
qazanıb. Abdulla dəfələrlə öz yaşıdları arasında
keçirilən
dünya və Avropa birinciliklərinin
qalibi olub. O, beynəlxalq yarışlarda
- Bolqarıstanda, Vyetnamda,
Türkiyədə və
s. ölkələrdə I yerləri tutaraq qələbə ilə Vətənə qayıdıb.
Bu günlərdə isə
Gürcüstanın Batumi şəhərində öz
yaş qrupunda oğlanlar
arasında keçirilən
Avropa çempionatında I yeri tutaraq qızıl medala
layiq görülüb.
İkiqat Azərbaycan və
Avropa çempionu adını qazanan Abdullanın məşqçisi, beynəlxalq dərəcəli qrossmeystr Fərid Abbasov öz yetirməsinin gələcəkdə güclü şahmatçı
olacağına əmindir.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.31.