Həmyerlimizin idman
uğurları
Ölkə başçısının idmana göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün yeniyetmələrin və gənclərin böyük əksəriyyəti idmanla məşğul olur, sağlam həyat tərzi keçirirlər. Əlbəttə, bu, çox sevindiricidir. Belə yeniyetmələrdən biri də Bakıdakı 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi Tural Ağazadədir. O, idmanın karate növü ilə məşğul olur. Hələ uşaq yaşlarından idmana maraq göstərən Tural 12 yaşında ölkəmizdə idman cəmiyyətləri arasında keçirilən yarışlarda uğurlar qazanaraq I yerə çıxmışdır.
Tural 2009-cu il mayın 25-də "Kanazava" kubokunda I yer, Gürcüstanın Batumi şəhərində keçirilən "Prezident" kubokunda I yer, noyabr və dekabr aylarında isə Bakı və respublika birinciliklərində I yeri tutmuşdur. O, 2010-cu ildə Bakıda keçirilən "Bakı Open" beynəlxalq turnirində qələbə qazanaraq həmin ilin sentyabrında İtaliyanın Venesiya şəhərində keçirilən Avropa çempionatına vəsiqə qazanmış və həmin turnirdə komanda və şəxsi döyüşlərdə də qələbə qazanaraq I yeri tutmuşdur.
Rəşad ZİYADOV
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.31.