Dünyanın məşhurları

 

 Qəlbində Allah sevgisi yoxdursa...

 

...Professor auditoriyaya sual verdi:

- Mövcud olan hər şeyi Allah yaradıb?

Tələbələrdən biri cəsarətlə cavab verdi:

- Bəli, Allah yaradıb.

- Hər şeyi Allah yaradıb? - professor təkrar soruşdu.

- Bəli, ser, - tələbə dediyini təsdiq etdi.

- Əgər hər şeyi Allah yaradıbsa, deməli, Yer üzündə mövcud olan pisliyi (şəri) Allah yaradıb.

Belə bir cavab eşidən tələbə susdu. Professor özündən çox razı qaldı. O, Allahın varlığı haqqında inancın əfsanə olduğunu bir daha "sübut etdiyi" üçün tələbələrin önündə qürurlandı.

Başqa bir tələbə əlini qaldırdı:

- Professor, sizə sual vermək olar?

- Əlbəttə, - professor cavab verdi.

Tələbə ayağa qalxaraq soruşdu:

- Professor, soyuq mövcuddur?

- Bu necə sualdır? Əlbəttə, mövcuddur. Sənə heç vaxt soyuq olmayıb?

Tələbələr gülüşdülər. Oğlan cavab verdi:

- Həqiqətdə isə, ser, soyuq mövcud deyil.  Fizikanın qanunlarına görə, bizim qəbul etdiyimiz "soyuq" anlayışı  əslində istiliyin olmamasıdır. İnsan ya cism enerjiyə sahib olduğu, yaxud özündən ətrafa enerji yaydığı halda öyrənilə bilər. Mütləq sıfır dərəcə - 273o S istiliyin tamamilə olmamasıdır. Bütün maddələr belə bir  temperaturda hərəkətsiz (donmuş) vəziyyətə gəlir reaksiya vermək qabiliyyətini itirir. Soyuq yoxdur. Biz bu anlayışdan istiliyin olmadığını ifadə etmək üçün istifadə edirik.

Tələbə davam etdi:

- Professor, qaranlıq necə, mövcuddur?

- Əlbəttə, mövcuddur.

- Siz yenə səhv edirsiniz, ser. Qaranlıq da mövcud deyil. Qaranlıq əslində işığın olmamasıdır. Biz işığı öyrənə bilərik, qaranlığı isə yox. Nyutonun prizmasından istifadə etməklə, işığı çoxlu sayda rənglərə bölmək hər bir rəngin fərqli dalğa uzunluqlarını öyrənmək mümkündür. Siz qaranlığı ölçə bilməzsiniz. Adi işıq şüası qaranlıq mühitə düşərək oranı işıqlandıra bilər. Siz hər hansı məkanın qədər qaranlıq olduğunu necə müəyyənləşdirə bilərsiniz? Təbii ki, mövcud olan işığın kütləsini ölçməklə. Elə deyilmi? Qaranlıq insan tərəfindən işığın olmadığını ifadə etmək üçün işlədilən anlayışdır.

Nəhayət, gənc oğlan professordan soruşdu:

- Ser, pislik mövcuddur?

Bu dəfə professor tərəddüdlə cavab verdi:

- Əlbəttə, bayaq dediyim kimi, biz hər gün onunla qarşılaşırıq. Dünyada mövcud olan insanlar arasındakı ixtilaflar, çoxlu cinayətlər zorakılıqlar... bütün bunlar pislikdən başqa bir şey deyil.

Tələbə isə belə cavab verdi:

- Qaranlıq soyuq anlayışlarına oxşar olaraq pislik yoxdur, ser, yaxud ən azından o, özü-özündə mövcud deyil. Pislik işıq istilik kimi mövcud olan inanc ya sevgi deyildir. Pislik insan qəlbində Allah sevgisinin olmamasının nəticəsidir. Bu, istinin olmadığı halda soyuğun, işığın olmadığı halda isə qaranlığın olmasına bənzəyir.

Məntiqi izahı ilə professoru mat qoyan bu tələbə Albert Eynşteyn idi...

 

 

Təqdim edən: Abdulla MUQDƏTOĞLU

 

 Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.29.