Əmək
hazırlığı dərslərində şagirdlərə praktik bacarıq və vərdişlərin aşılanması
Ölkəmizdə aparılan islahatlar, bazar iqtisadiyyatına əsaslanan yeni istehsal münasibətlərinin
formalaşması, əməyin
təşkilinin müasir
formaları mükəmməl
bilik, bacarıq və vərdişlərə
yiyələnmiş, dəyişən
iqtisadi şəraitə
asanlıqla uyğunlaşan,
yeniliyi yaradıcı
şəkildə mənimsəyən
çevik işçi
qüvvəsi tələb
edir. Bu baxımdan, böyüməkdə
olan nəslin həyata praktik cəhətdən hazırlanması,
uşaq və gənclərə yaşam
üçün vacib
ən sadə əməli, məişət,
özünəxidmət vərdişlərinin
aşılanması, onların
əməyə məhəbbət
ruhunda tərbiyəsi
istiqamətində sistemli
iş aparılması
çox vacibdir. Məktəbin bu istiqamətdə
apardığı işlərdə
əmək hazırlığı
fənninin tədrisinin
daha çox rolu və payı
vardır.
Bütün bunları nəzərə alaraq, mən tədris etdiyim əmək hazırlığı fənninin məzmununa daxil olan texniki, məişət, kulinariya, özünəxidmət kimi əmək növlərinin hər biri üzrə dərslərimi müasir tələblər səviyyəsində qurmağa, hər bir mövzunun təlim-tərbiyə və inkişaf vəzifələrini tam reallaşdırmağa çalışıram.
Müəllimlik fəaliyyətimin ilk illərindən başlayaraq fənnimi sevdirməklə yanaşı, şagirdləri həyata hazırlamaq, maddi ehtiyacı olduqda onu ödəyə bilən, məişətdəki ən sadə əmək əməliyyatlarını yerinə yetirməyi bacaran insanlar kimi yetişdirməyə səy edirəm. Dərsdə şagirdlərin sərbəst işləmələri üçün şərait yaradır, müasir, interaktiv təlim metodlarından geniş istifadə edirəm. Əmək hazılığı dərslərində fərdi, cütlərlə və qruplarla iş metodlarından istifadə xüsusilə səmərəli nəticə verir. Hər mövzuya uyğun metod seçirəm. Dərsin ilk mərhələsində "beyin həmləsi" metodundan istifadə edərək şagirdlərin mövzunu necə öyrəndiklərini aşkar edirəm. Hər şagirdin fikri mənim üçün önəmli olduğundan hamını dinləyirəm. Şagirdlərin arzu, istək və təkliflərini nəzərə alaraq dərsimin gedişini, ssenarisini qururam. Sonra isə hər hansı bir məmulatın və ya xörəyin hazırlanma texnologiyasını, insanın sağlamlığındakı və məişətindəki rolu və iş zamanı təhlükəsizlik qaydaları haqqında onları məlumatlandırıram. Frontal sorğu apararaq mənimsəməni yoxlayıram. Lazım olan ərzaq və ləvazimatları, hazırlama texnologiyasını şagirdlər iş dəftərlərində qeyd edirlər. Növbəti dərsdə nə hazırlayacağımızı qərarlaşdırırıq. Fikirlərimi kulinariya ilə bağlı keçdiyim bir dərsin nümunəsində bir qədər konkretləşdirim.
Dərslərin birində qərara aldıq ki,
milli mətbəximizdə
yüngül xörək hesab olunan "Lavaşiçi"
hazırlayaq.
Valideynlərin istəyi və ailənin maddi
imkanlarına uyğun, könüllü
olaraq lazımi ərzaq və ləvazimatlar
şagirdlər tərəfindən dərsə gətirilir. Mövzuya həsr olunan ikinci qoşa saatda qızları qruplara
bölürəm. Görüləcək işlər qruplar arasında bölüşdürülür.
Qızlar ləçəklərini və önlüklərini
geyinməkdə bir-birinə yardımçı olurlar. Əllərini sabunla
yuyub öz
masalarının arxasına keçirlər. Bir-birlərinə
mane olmadan sərbəst
şəkildə işləyirlər. Onlar
özlərini sanki evlərində, öz mətbəxlərində hiss edirlər. Dərslərimiz 5-6-cı saatlara düşəndə əmək nəğmələri,
bayatılar səsləndirərək şagirdlərin zehni yorğunluqlarını aradan
qaldırmağa çalışıram. Birinci
saatın sonunda lavaşın içinə
qoyulası ərzaqlar (ət, göyərti, xiyar,
pomidor, pendir)
xırda-xırda doğranaraq
ayrı-ayrı qablara
yığılır. Sonra lavaş sərilərək üzərinə xama çəkilir, doğranmış ərzaqlardan
düzülərək duz-istiot vurulur, sinifdəki uşaqların sayı qədər
(oğlanlarla birlikdə) pay
düzəldilir. Paylar salfetin
arasında birdəfəlik qablarda verilir. Dərsin sonuna 10 dəqiqə
qalmış növbətçilərdən biri
oğlanları yeməyə dəvət edir.
Səliqəli, təmiz, qənaətlə işləyən
şagirdlərə təşəkkür edirik.
Qızlar belə dərslərdə yemək masası
arxasında əyləşənlərə qulluq
etməyi də öyrənirlər. Sinifdə öyrəndiklərini
evdə tətbiq edərək valideynlərini sevindirirlər.
Məktəbdə vaxtaşırı olaraq əmək hazırlığı
dərslərində şagirdlərin
hazırladıqları xörək
və məmulatların
satış-sərgisini təşkil
edirik. Sərgi üçün işləri şagirdlər
özləri proqramda
"Ən yaxşı
əl işinin təqdimatı" mövzusu
keçilərkən seçirlər.
Bu dərsə məktəbin direktorunu, sinif rəhbərini və təsviri incəsənətə marağı
olan müəllimləri
də dəvət edirik.
Kulinariya dərslərində hazırladığımız məmulatlardan təşkil olunan satış-sərgi isə digər sərgilərdən daha geniş formatda olması, bütün məktəb kontingentinin bu sərgidə həvəs və maraqla iştirak etməsilə fərqlənir. Müəllimlərin də sərgidən məlumatlı olmaları şagirdləri ona məsuliyyətlə hazırlaşmağa sövq edir. Həmin gün uşaqlar bufetdən heç nə almır, özləri hazırladıqları xörəkləri yeyirlər.
Satış-sərgini belə təşkil edirik: məktəbin dəhlizində stollar düzülür, onların üzərinə ağ süfrələr salınır, hazırlanmış xörəklər, şirniyyatlar qablara yığılaraq stolun üzərinə qoyulur. Hər bir məmulatın qarşısındakı açıqca üzərində onun adı, tərkibi və qiyməti haqqında məlumat verilir. Dəhliz uşaqların əl işləri ilə bəzədilir. Şagirdlərin əl işləri, təsviri sənət nümunələri, dəzgah işləri də satışa çıxarılır. Həm qızlardan, həm də oğlanlardan püşk atmaqla iki satıcı, iki xəzinədar seçilir. Xəzinədar üçün püşk riyaziyyatı yaxşı bilən şagirdlər arasında atılır. Onlar əmək formalarını geyib masa arxasında yerlərini tutur, sərgi iştirakçılarına xidmət göstərirlər. Fasilələr zamanı məktəbin müəllim və şagird heyəti, məktəbə gələn qonaqlar, valideynlər uşaqların böyük həvəslə hazırladıqları yeməkləri və əl işlərini alırlar. Biz, əmək müəllimləri isə kənardan müşahidə aparıb, lazım gəldikdə uşaqlara yardım edirik. Sərginin sonunda şagirdlərin hazırladıqları yeməklərin dəyəri xəzinədar tərəfindən hesablanıb sahiblərinə çatdırılır. Alıcılar sərgi haqqında təəssüratlarını və təkliflərini "Rəy və təkliflər" kitabına qeyd edirlər. Biz təklifləri uşaqlara oxuyuruq.
Liseyimizə bir bayram əhvali-ruhiyyəsi gətirən belə satış-sərgilər həm də şagirdlərin əmək tərbiyəsində mühüm rol oynayır.
Hazırda yeni bir layihə üzərində işləyirik. Dünya rekordlar kitabına düşmüş "Ən hündür bayraq" dirəyinin maketini penoplast üzərində pilə və muncuqlarla hazırlamaq qərarına gəlmişik. Layihəni başa vurandan sonra onun təqdimatını keçirəcəyik.
Əmək hazırlığı dərslərinin belə qeyri-ənənəvi iş forma və üsullarından istifadə olunmaqla keçilməsi fənnin qarşısında duran vəzifələri daha səmərəli reallaşdırmağa imkan verir.
Gülsüm İBRAHİMOVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.22.