Yeni pedaqoji texnologiyalar fəal təlimə əsaslanır
Dünyada gedən qloballaşma həyatın bir çox sahələrinə
öz təsirini göstərir. Təhsildə aparılan islahat
məhz həmin zərurətdən yaranmışdır.
Təhsilin keyfiyyətini yüksəltmək,
yeni pedaqoji texnologiyaları öyrənib
onlardan səmərəli
istifadə etmək başlıca vəzifə
kimi qarşıda durur. Müəllimin ümumi proqram və dərsə
hazırlığı yüksək səviyyədə
olmalıdır.
Məlum həqiqətdir ki, hər dövrün özünəməxsus pedaqoji
fikri vardır. İndi təlim-tərbiyə
prosesində şəxsiyyət
anlamı daha demokratik şəkildə
dərk edilir. Şagirdin subyekt olması müasir dövrün çox səslənən
və bəzən mübahisələrə səbəb
olan məsələlərindəndir.
Yeni pedaqoji təfəkkürün başlıca prinsipləri - demokratikləşmə, humanistləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma, inteqrasiya, şəxsiyyətin formalaşdırılması və inkişaf etdirilməsini həyata keçirir.
Yeni pedaqoji texnologiya fəal təlimə əsaslanır. Fəal təlimin modeli müəyyən olunan komponentlərlə şərtlənir. Bura fəal təlimin məzmunu, metodları, öyrədici mühit, qiymətləndirmə daxildir.
Təlimin məzmunu nəyi öyrətmək, metodları necə öyrətmək, öyrədici mühit hansı şəraitdə öyrətmək, qiymətləndirmə ayrı-ayrı komponentlərin səmərəliliyini müəyyən edən amillərə uyğun olaraq nəticəni aşkarlayır.
Fəal təlim prosesində şagirdlər tamhüquqlu iştirakçı olmaqla, qazanılan bilikləri axtarışlar və kəşflər hesabına mənimsəyirlər.
Fəal təlim metodları bir sıra xüsusiyyətləri ilə seçilir:
1. Şagirdlərin fəal öyrənmə mövqeyi
2. Təfəkkürün müstəqilliyi və sərbəstliyi
3. Əməkdaşlıq və qrupda qarşılıqlı fəaliyyət
4. Həyati məqsədlərə nail olmaq üçün biliklərin yaradıcı tətbiqi.
Qeyd olunan xüsusiyyətlər şagirdlərin təlim əməyi üzrə hazırlığının başlıca amilləridir.
Fəal təlim zamanı müəllim şagirdlərə fərdi yanaşmalı, onların bilik, bacarıq və vərdişlərinin inkişafı üçün daha səmərəli tədris üsullarından, informasiya texnologiyalarından istifadə etməlidir.
Son illər respublikamızda interaktiv təlim metodlarının mənimsənilərək iş
prosesinə
tətbiqi sahəsində müəyyən nəticələr əldə olunmuşdur. Tədris prosesində
fəal-interaktiv təlim texnologiyalarının tətbiqi dərslərin səmərəliliyini yüksəldən ən vacib
şərtlərdəndir.
Azərbaycan dili dərslərində
qruplarla iş, fərdi iş, Venn diaqramları, şaxələnmə,
məntiqi çalışmalar və b. üsullardan istifadə
şagirdlərin mənimsəmə qabiliyyətini, idrak fəallığını
artırır. Ona görə də mən dərslərimdə
həmin üsullardan geniş istifadə edirəm.
Zenfira ƏSGƏROVA
Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.22.