Azərbaycan şairi  Türkiyədən mükafatla qayıdıb

 

Bu günlərdə tanınmış şair Ağacəfər Həsənli Mədəniyyət Turizm Nazirliyinin xəttilə Türkiyədə yaradıcılıq ezamiyyətində olmuşdur.

Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Ankara Bələdiyyəsi ilə birgə həyata keçirdiyi "Böyük Kültür Sənət Yarışması"nda iştirak edən şair, xüsusi mükafata layiq görülmüşdür. Nəzərə çatdıraq ki, mükafat alanlar arasında Ağacəfər Həsənli yeganə şair iştirakçı olub.

A.Həsənli Tarsus şəhərində keçirilən "IX Uluslararası Qaracaoğlan Şəlalə Şer Axşamları" festivalında da iştirak etmişdir. Bu festival ənənəvi olaraq yerli bələdiyyə sədri  Burhaneddin Koçamaz tərəfindən keçirilir. Yerli yazarlar türkdilli ölkələrdən gəlmiş söz-sənət ustalarının qatıldığı tədbir 4 gün davam etmişdir. Azərbaycan şairi Ağacəfər Həsənli bu yarışmada da ölkəmizi layiqli təmsil etmiş "Qaracaoğlan" mükafatına layiq görülmüşdür.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.14.